Məhkəmə qərarları › İş №2(051)-1894/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1894/2022

16.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1894/2022 16.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı X4 və cavabdeh Mənzil Təsərüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı: X4 cavabdeh: Mənzil Təsərüfatı və Abadlaşdırma İdarəsinə qarşı «işə bərpa» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X5 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsində mühəndis vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqının alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, 2011-ci il tarixdən Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsində mühəndis işləyir. İşlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmiş, əmək və daxili nizam intizam qaydalarını pozmamışdır. 15 ildir ki, şəkər xəstəsi kimi qeydiyyatdadır. 2021-ci ilin may ayının 03-dən avqust ayının 31-dək ayaq barmağında əmələ gələn yara ilə əlaqədar xəstəlik vərəqəsi açılmaqla müalicə olunmuşdur. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək əmək məzuniyyətinə çıxıb müalicə üçün Almaniya dövlətinə getdi və orada xx.xx.20221-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada oldu və ona həmin dövr üçün xəstəlik vərəqəsi verildi. xx.xx.2022-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstə yatdığı müddət əlavə edilərək məzuniyyətdə oldu. xx.xx.2021-ci il tarixdən hazıradək adına xəstəlik vərəqəsi açılaraq həkim müayinəsi əsasında müalicə olunur. Yalnız xx.xx.2022-ci il tarixdə ona xəbər verdilər ki, xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunub və xəstəlik vərəqəsi bağlanmayıb müalicə davam edir. xx.xx.2022-ci il tarixdə idarənin baş mühasibinin müavini ona məlumat verdi ki, idarənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, halbu ki, adına açılmış xəstəlik vərəqəsi bağlanmamış və müalicə davam edirdi. Daha sonra əmək kitabçası və əmrin surəti ona poçt vasitəsilə göndərilmişdi. Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin xx.xx.2022-ci il tarixi, 46 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam ziddir. Belə ki, Əmək Məcəlləsində 74.1-ci maddəsi yoxdur, lakin məzmunundan görünür ki, cavabdeh tərəf 74-cü maddəsinin 1-ci hissəsinin «c» bəndinə istinad etmişdir. Bununla ƏM-nin 79-cu maddəsinin tələblərini kobud surətdə pozulmuşdur. Həmin maddədən görünür ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərə əmək müqaviləsinə xitam vermək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74cü maddəsinin 1-ci hissəsinin «c» bəndində əmk qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsini göstərir. Həmin maddənin qeyd hissəsində göstərir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyasının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Bütün bunlara idarənin rəisi tərəfindən əməl edilməmiş və qərəzli surətdə əmək müqaviləsinə xitam verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, ona 2-ci dərəcəli əlilik verilmişdir. Bu da əmək qabiliyyətinin tam itirilməsi hesab edilə bilməz. Əksinə dövlətin qanunlarına əsasən 2-ci qrup əlillər üçün idarələrdə işə qəbul üçün kvota verilməlidir. Ona görə də, onun Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsində mühəndis vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqının alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mənzil Təsərüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, bildirir ki, X2 şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı işə bərpa edilməsinə dair iddia ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassızdır və bu səbəbdən rədd olunmalıdır. Belə ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin mühəndisi X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ C ” bəndində nəzərdə tutulan qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2022-ci il tarixdə işçinin son ödənişləri ilə bağlı maliyyə idarəsinə sifariş verilmiş və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ona 1105,86 manat iki aylıq müavinət verilmişdir. Bununla da Mingəçevir şəhər MT və Aİ Əmək Məcəlləsinin 74.1-ci maddənin bu tələblərinə əməl edərək düzgün olaraq xx.xx.2022- ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, X5 xx.xx.2022-ci il tarixli əmrdə göstərildiyi kimi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixdənk əmək qabiliyyəti olmaması vərəqələrinə əsasən müalicədə olmuşdur. Əmək Məcəlləsinin 74.1-ci maddəsinin qeydində göstərilir ki, əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Tibbi sosial eksper komisiyasmın X1 müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatında onun ikinci dərəcəli əlilliyi, özünə xidmət zamanı kənar şəxsin köməyə ehtiyacı, sağ aşağı ətrafın şorar oynağının amputasiyası məlumatı verilmişdir. Komisyanm bu rəyi onun Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ C ” bəndində nəzərdə tutulan qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə əmək müqaviləsinə xitam verilməsininə hüquqi əsas vermişdir. Bu onu deməyə əsas verir ki, X5əmək qabiliyyətini itirmiş, əlillik müəyyən edilməklə qanuni olaraq işdən azad edilməsinə dair əmr verilib və əmək münasibətlərinə xitam verilmişdir. Qeyd olunnları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 46-№ ƏMR-dən görünür ki, xx.xx.2011-ci ildə işə qəbul olunmuş MT və Aİ-nin mühəndisi X5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 74.1-ci maddəsinin c bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Mülki işə əlavə olunmuş Tibbi Sosial Elspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, ətraf arteriyalarının aterosklerozu ətraf arteriyaların aterosklerozu Ağırlaşma başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi yerişin pozulması, ağırlaşma insulindən asılı olmayan şəkərli diabet periferik qan dövranının pozğunluğu ilə şəkərli diabet tip İİ orta ağılr forma, insulin tələbli faza, ağırlaşma başqa rubrikalarda təsnif olunmayan ağrı, daimi ağrı, ağırlaşma, özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin köməyinə ehtiyac olunması, arteriyaların daralması, sağ aşağı ətrafın şopar oynağının amputasiyası güdürülənməsi diaqnozu ilə İİ dərəcə əlilllik verilmişdir. Mülki işə əlavə olunmuş əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X5 diaqnoz, sol aşağı ətraf daban nahiyyəsinin diabetik qanqreniyası şəkərli diabet və son diaqnoz sol aşağı ətraf daban nahiyyəsinin diabetik qanqreniyası şəkərli diabet nekerekboniya dioqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 1976-cı ildə X6 Texnikumuna daxil olmuş və 1981-ci ildə “Avtomobil Nəqliyyatının Sİtismarı” ixtisası üzrə tam kursu bitirmişdir. Mülki işə əlavə edilmiş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2011-ci ildə Mənzil Təsərüftı və Abadlaşdırma İdarəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin c bəndinə əsasən əməmk müqviləsinə xitam verilmişdir. Mülki işə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 46 nömrəli əmrdən görünür ki, Mənzil Təsərüfatı və Abadlaşdırma İdarəsi bölməsində mühəndis vəzifəsində işləyən X5 ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə AR ƏMnin 74.1-ci nömrəli maddəsinin “c” qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə əmək qabiliyyətinin failəsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə bəndinə əsasən göstərilən səbəblərlə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərərk hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tərəflərin qarşılıqlı münasibətləri müddətli əmək müqaviləsi üzrə yaranan əmək mübahisəsidir və həmin mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinin müddəalarına əsasən həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir. Həmin Məcəlləsinin 42-ci maddəsində göstərilmişdir ki, əmək müqaviləsi sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilir. İş materiallarından görünür ki, İddiaçı tələbini Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əsaslandırsa da bunu sübut edəcək hər hansı bir əsas məhkəmə iclasında müəyyən olunmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin mühəndisi X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ C ” bəndində nəzərdə tutulan qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi İddiaçıla əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, İddiaçı çalışdığı Mənzil Təsərüfatı və Abadlaşdırma idarəsində onun vəzifəsi mühəndis kimi fəaliyyət göstərməkdir. Lakin iddiaçının hazırda səhəttində yaranan problemlər onun müəssisədə mühənsdis kimi öz əmək funksiyasını yerinə yetirməyə imkan vermir. X5 xx.xx.2022-ci il tarixli əmrdə göstərildiyi kimi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixdənk əmək qabiliyyəti olmaması vərəqələrinə əsasən müalicədə olmuşdur. Əmək Məcəlləsinin 74.1-ci maddəsinin qeydində göstərilir ki, əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür. Tibbi sosial eksper komisiyasmın X1 müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatında da onun ikinci dərəcəli əlilliyi, özünə xidmət zamanı kənar şəxsin köməyə ehtiyacı, sağ aşağı ətrafın şorar oynağının amputasiyası məlumatı verilmişdir. Göründüyü kimi komisyanın bu rəyi onun Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində nəzərdə tutulan qaydada qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə əmək müqaviləsinə xitam verilməsininə hüquqi əsas vermişdir. Bu onu deməyə əsas verir ki, X5əmək qabiliyyətini itirmiş, əlillik müəyyən edilməklə qanuni olaraq işdən azad edilməsinə dair əmr verilib və əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə iş materiallarında olan sənədlər və tərəflərin təqdim etdiyi sübutları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı işdən çıxarılma qaydalarına tam əməl olunmuşdur. Belə ki, Tibbi sosial eksper komisiyasmın X1 müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatında da onun ikinci dərəcəli əlilliyi, özünə xidmət zamanı kənar şəxsin köməyə ehtiyacı, sağ aşağı ətrafın şorar oynağının amputasiyası məlumatı verilmişdir. Göründüyü kimi komisyanın bu rəyi onun Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində nəzərdə tutulan qaydada qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə əmək müqaviləsinə əsasən xitam verilmiş, Mənzil Təsərüfatı və Abadlaşdırma İdarəsi isə göstərilən xüsusatları nəzərə alaraq İddiaçı tutduğu vəzifədən azad etmişdir. Məhkəmə iclasında iddianın təmin olunması üçün iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlar isə iddiaçının tutduğu vəzifədən azad olunmasına əsas olmaqla iddianın təmin olunmamasına əsas vermişdir. Məhkəmə qeyd olunanları və iş materiallraını araşdırdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar