Məhkəmə qərarları › İş №2(051)-1896/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1896/2020

07.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1896/2020 07.12.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və onun vəkili Kərimli Ruhiyə Neymət qızının iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: «xxxx» MMC-yə qarşı “əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, «xxxx» MMC-nin onun işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli əmrinin etibarsız sayılması, onun nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər kimi işəbərpa olunmağı və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o 1997-ci ildə «xxxx» MMC nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər kimi işləyirdi. Beyin atrofiyası diaqnozu ilə xx xxxxxxxx 2020-ci il tarixdə stasionar müalicə olmaqla Mingəçevir şəhər xəstəxanasında müalicə almışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Ermənistan Respublikasının Azərbaycan Respublikasına hücumu ilə ölkədə yaranmış vəziyyətlə əlaqədar xx xxxxxxxx 2020-ci ildə onu xəstəxanadan çıxarmışlarki ev şəraitində müalicəsini davam etdirsin. O evdə müalicə aldığı müddətdə onun xəbəri olmadan xəstəxana onun xəstəlik vərəqini xx xxxxxxx 2020-ci ildə bağlanmış və bu barədə ona məlumat verməmişlər. Ev şəraitində müalicəsi başa çatdıqdan sonra xx xxxxxxx 2020-ci ildə xəbərdar olmuşdur ki, xəstəlik vərəqəsi xx xxxxxxx 2020-ci ildən bağlanıb. O, xəstəlik vərəqələrini götürüb dərhal işə getmiş, həmin vaxt müdriyyət ona 10 gün iş buraxmanın başqa cürə sənədləşdirilə bilməyəcəyini bildirib ona işdən çıxma və işəgirmə barədə ərizə yazmağı bildirdilər. Onlar onu əvvəlki tarixə işdən çıxarıb, sonra da işəbərpa etməli idilər. O onlara inanıb işdənçıxarma barədə ərizə yazmışdır. Ancaq işə qayıtmadığını gördükdə işdənçıxma barədə ərizədə işdənçıxma tarixini göstərmədiyindən və bu səbəbdən 1 ay ərzində ərizəsini geri götürə biləcəyi hüququnun olduğundan, yerinə isə yeni işçi götürülmədiyindən xx xxxxxxx 2020-ci ildə işdənçıxma barədə ərizənin etibarsız sayılması barədə müdriyyətə rəsmi teleqram vurmuşdur. Hazırki müddətə qədər müdriyyət işdənçıxma barədə əmzin surətini, əmək kitabçasını ona verməmişdir. Bu barədə verdiyi ərizələrə isə imtina vermişdir. Müdriyyət ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda məlumat vermişdir ki, onun təşəbbsülə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 69-cu maddənin tələblərinə riayət edilməklə xx.xx.2020-ci il tarixli onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. O, işdənçıxma barədə ərizədə müddət göstərməmiş. Müdriyyət onun yerinə işçi götürülməsi barədə ona xəbərdarlıq verməmişdir. O isə işdən azad olunma barədə ərizənin etibarsız sayılması barədə ərizə vermişdir. Ona görə də xxxx» MMC-nin onun işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli əmrinin etibarsız sayılması, onun nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər kimi işə bərpa olunmağı və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Kərimli Ruhiyə Neymət qızı İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh İddiaçı məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Mülki işə əlavə olunmuş xəstənin stasionar tibbi kartasından Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi xroniki beyin qan dövranının pozğunluğu. Piyli heparfoz xroniki daşlı xolesistit. Talasemiya daşıyıcılığı əlamətləri hipotireoz yüksək dərəcəli miopiya diaqnozu müalicə olunmuşdur. İşə əlavə olunmuş ərizədən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən öz təşəbbüsü ilə işdən azad olunması xahiş etmişdir. Mülki işə əlavə olunmuş “xxxx” ASC “xxxx” MMC-nin 233/Ş saylı, xx xxxxxxx 2020-ci il tarixli əmrin surətindən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin surətindən və həmin bildirişin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, İddiaçı İstilik Ölçü Cihazları və Avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingərinin əmək müqaviləsinə xx xxxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş elektron informasiya sistemində xx.xx.2020-ci il tarixdə qeydə alınmış və imzalanmışdır. İşə əlavə olunmuş İddiaçı tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli teleqramın surətindən görünür ki, o, İstilik Ölçü Cihazları və Avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəridir. xx.xx.2020ci il tarixdə işdən çıxarılmağı barədə ərizə yazmışdır. Hal-hazırda işdən çıxarılması barədə ərizəsinin etibarsız hesab edilməsi və əmək fəaliyyətinə başlaması barədə göstəriş verilməsini xahiş etmişdir. Mülki işə əlavə olunmuş “xxxx” ASC “xxxx” MMC-nin İddiaçı xx.xx.2020-ci il tarixli teleqramına cavab olaraq ünvanlanmış xx.xx.2020-ci il tarixli 100/01-07-12 №li məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, 69-cu maddəsinin tələblərinə riayət edilməklə xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən hal-hazırda onun xahişinin nəzərə alıması mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi stasionar, xx.xx.2020-ci il tarixə kimi isə ev şəraitində ambulator müalicə almışdır. Lakin İddiaçı xəbəri olmadan xəstəlik tarixcəsi xx xxxxxxx 2020-ci ildən bağlanmışdır. Elnurə Abbasova xx.xx.2020-ci ildə ərizə yazaraq işdən çıxarılmasını xahiş etmiş, xx.xx.2020-ci il tarixdə işdən çıxarılması barədə əmr verilmiş və sözügedən əmr xx.xx.2020-ci il tarixdə elektron informasiya sistemində qeydə alınmışdır. Lakin işə götürən “xxxx” MMC tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət etmədən İddiaçı işdən çıxarılmışdır. Məhkəmə işin hallarını əmək qanunvericiliyinin müddəaları əsasında təhlil edib aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı səhətində olan problemlərlə əlaqədar əvvəl stasionar, sonradan isə ambulator müalicə almış, iddiaçının xəstəlik tarixçəsinin bağlanması və işdə hesab olmasından xəbəri olmamışdır. İddiaçı işburaxması üzrlü səbəbdən olmuşdur. Bundan əlavə iş materiallarında və qanunun tələbindən də göründüyü kimi İddiaçı xx.xx.2020-ci ildə işdən çıxması barədə ərizə yazsa da xx.xx.2020-ci ildə ərizəsinin etibarsız hesab edilməsi barədə teleqram və ərizə ilə işəgötürənə rəsmi qaydada məlumat vermişdir. Belə ki, Əmək Məcəlləsinnin 69.4-cü maddəsində də göstərildiyi kimi “işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər”. Bu müddəa işçinin hüquqlarının üstün tutulmasından və onun iş yerinin dəyişdirilməsi üçün ona qanunvericiliklə müddət verilməsindən ibarətdir. Lakin cavabdeh «xxxx» MMC tərəfindən 69-cu maddənin tələbləri pozulmuş və qanunvericiliklə müəyyən olunmuş müddət gözlənilmədən İddiaçı işdən çıxarılmışdır. Belə olan halda İddiaçı işdən çıxarılması əsassızdır və o işə bərpa olunmalı və işdən çıxarılmasının hüquqi əsasları aradan qaldırılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı işdən çıxarılmasının heç bir əsası yoxdur. Onun işdən çıxarılması barədə «xxxx» MMC-nin tərəfindən verilmiş əmr yuxarıda qeyd olunan əsaslara görə qanunsuz qəbul olunmuşdur. İddiaçı işdən azad olunmasının hər hansı əsası olması əmri verən «xxxx» MMC-nin tərəfindən sübut olunmadı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Məhkəmə tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli əmri ləğv edilməli, İddiaçı nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməli və İddiaçı xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115, 121-ci maddələrinin və qanunvericiliyin tələbinə görə həmin xərclər məhkəmə işə baxılması ilə əlaqədar olmalıdır. Məhkəmədən kənar, yəni iddia ərizəsinin yazılması və ya iddia ərizəsi ilə bağlı ərizə ərizə məhkəməyə daxil olmazdan əvvəl xərclər həmin məsrəflərə aid edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. «xxxx» MMC-nin 233/Ş saylı, xx xxxxxxx 2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı «xxxx» MMC-yə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər işinə bərpa edilsin. İddiaçı xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar