Məhkəmə qərarları › İş №2(051)-1904/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1904/2023

16.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1904/2023 16.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh2n Cavabdeh1, və onların vəkili Vəkil2 iştirakı ilə İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair ilkin iddiası, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 ilkin İddiaçı1 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun və oğlu İddiaçı2 Feruz oğlunun ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 ilkin İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı1 Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi, ev 10/1 saylı evin 16 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxs ünvan 2 ünvandakı mənzil 1962-ci ildə müvəkkilinin atası xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 order əsasında verilmişdir. Müvəkkili İddiaçı1 həmin evdə orderdə adı qeyd olunmaqla pasport qeydiyyatındadır. Mənzilə order itirildiyindən və kirayə müqaviləsinin dəyişdirilməsi səbəbi ilə Mingəçevir şəhər İcra hakimiyyəti Başçısının 767 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə müvəkkilinin atası X6 verilmiş order təzələnmişdir. Hal-hazırda həmin mənzildə yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X7, X11, X12, İddiaçı2 Feruz oğlu, Cavabdeh1, Cavabdeh2, X13 pasport qeydiyyatındadır. İddiaçının anası X8 12 01.2015-ci il tarixdə vəfat etmiş, atası X14 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, X11 və Cavabdeh2 həmin evdə yaşamır. Müvəkkili İddiaçı1 oğlu İddiaçı2 Feruz oğlu ilə 1990-cı ildən həmin evdə yaşamış, lakin atası X14 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra cavabddeh Cavabdeh1 müxtəlif bəhanələr gətirməklə ailədə söz-söhbət yaratmaqla münasibətləri gərginləşdirməyə çalışmış və nəticə etibarı ilə iddiaçının evi tərk etməsinə nail olmuşdur. İddiaçı dəfələrlə oğlu ilə birlikdə evə yerləşməyə cəhd göstərmiş, lakin cavabdeh onlarla mübahisə yaradaraq mənzilə daxil olmağa qoymamışdır. Bu səbəbdən iddiaçı oğlu ilə kirayə mənzillərdə qalmağa məruz qalıb əziyyət çəkirlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İddiaçı ilə cavabdeh ailə üzvləridir və o, həmin mənzildə yaşamağa ondan istifadə etmək hüququna malikdir. Belə ki, ünvan 3 ünvandakı mənzil kirayə müqaviləsi əsasında iddiaçının atası X6 verilmiş və həmin mənzildən iddiaçı və oğlu ailə üzvü kimi istifadə etmək hüququna malikdir. Bu hüququ cavabdeh həyata keçirməyə maneçilik törətdiyinə görə onların mənzilə istifadə hüququnun və mənzilə köçürülməsi məhkəmə qaydasında müəyyən edilməsi zərurəti vardır. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlər isə məhkəmədən işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə İddiaçı2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, mübahisələndrilən mənzil Mingəçevir şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli orderinə əsasən atası Fikrət Mirzəyevə və ailə üzvləri Abdullayeva Firqiyyə və ona verilmişdir. Hazırda mənzildə arvadı Cavabdeh1 və iki övladı yaşayır. X24 isə xx.xx.2022-ci il tarixdə uzun sürən işemik insult xəstəliyindən sonra vəfat etmişdir. Atası uzun müddət xəstə olduğundan ona arvadı Cavabdeh1 və o baxmışdır. Qarşılıqlı cavabdeh-İddiaçı1 onun bacısıdır. O, 1985-ci ildə Mustafayev Feruz adlı şəxslə ailə quraraq evdən daimi olaraq köçüb getmişdir. Bundan sonra onun daimi yaşayış yeri olmuş və mübahisəli mənzildə yaşamaq ehtiyacı aradan qalxmışdır. Müəyyən müddətdən sonra isə nikahı pozulmuş və qaynatası Mustafayev Qarakişi ona müəyyən məbləğ kömək edərək Mingəçevir şəhəri, Maqomayev küçəsində mənzil almışdır. Bir müddət həmin mənzildə yaşadıqdan sonra onu A.S.Puşkin küçəsi, ev 10/1, mənzil 4-lə dəyişmiş və uzun müddət qeyd edilən mənzildə oğlu Fərid ilə birlikdə yaşamışdır. 1996-cı ilin may ayında həmin evi Sürəyya adlı qadına satmış və Bakı şəhərinə köçərək son zamanlara kimi orda işləyərək yaşamışdır. Son bir neçə ildir ki, Mingəçevir şəhərinə qayıdaraq burada yaşayırlar. ünvan 4 ünvanında bir otaqlı mənzili var. Artıq 1985-ci ildə ailə qurandan indiyə kimi mübahisələndrilən mənzildə iddiaçı yaşamır. Onun daimi olaraq yaşayış evi var və qeyd edilən mənzilə artıq heç bir hüququ yoxdur. 40 il müddətinə yaşamadığı mənzilə istifadə hüququnun tanınması barədə iddia qaldıraraq istifadə hüququnun tanınmasını xahiş edir. Hesab edir ki, o, artıq mənzildən istifadə hüququnu itirmişdir. Odur ki, məhkəmədən ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 izahatına uyğun izahat verdi və məhkəmədən ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd, qarşılıqlı iddia isə əsaslı olduğu üçün təmin edilməlidir. İşə əlavə olunmuş Mingəçevir şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixdə verilmiş 002803 nömrəli orderin surətindən görünür ki, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 10/1 saylı evin, 16 saylı mənzili Mingəçevir şəhər XDS-nin 767 nömrəli qərarı əsasında X2 və onun ailə üzvləri Firqiyyə Abdullayeva və Cavabdeh2 verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş 3-48-DA-8F/2-xx-xx/2023 nömrəli Arxiv arayışından görünür ki, Mingəçevir şəhər İcra hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 767 nömrəli Sərəncamı ilə X2 3 nəfər ailə tərkibi ilə (özü, arvadı və oğlu) yaşadığı Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 10/1 saylı evin, 16 saylı mənzilinə orderi itdiyinə görə yeni order verilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, hal-hazırda ünvan 2 ünvanında İddiaçı1, X7, X11, X12, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, X13 yaşayış teri üzrə qeydiyyatdadırlar. İşə əlavə olunmuş Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Kombinatı 2 saylı MİS tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı1 və onun oğlu X1 şəhəri, A.S.Puşkin küçəsi ev 10/1, mənzil 16-da pasport qeydiyyatında olmalarına baxmayaraq, bu ünvanda yaşamırlar. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 nömrəli binanın 5 saylı mənzili üzərində tam mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan mənzil üzərində Bank Standard KB QSC/Azadlıq Filialı tərəfindən xx.xx.2008-ci il tarixdə yüklülük (ipoteka), xx.xx.2011-ci il tarixdə isə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil xx.xx.1992-ci il tarixdə 002803 nömrəli order əsasında Mingəçevir şəhər XDS-nin 767 nömrəli sərəncamı ilə X2 və onun ailə üzvləri Firqiyyə Abdullayeva və Cavabdeh2 verilmişdir. X3 xx.xx.2015-ci il tarixdə, X4 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. ilkin iddia üzrə İddiaçı1 mübahisəli mənzildə doğul boya-başa çatmış və 1985-ci il tarixdə ailə quraraq daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçərək orada yaşamışdır. Sonradan ilkin iddia üzrə İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 nömrəli binanın 5 saylı mənzili üzərində tam mülkiyyət hüququ əldə etmişdir. İlkin İddiaçı2 Feruz oğlunun isə mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamamışdır. Hazırda mübahisəli mənzil Cavabdeh2 qanuni sahibliyində və istifadəsindədir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, ilkin iddia üzrə Cavabdeh2 qeyd edilən mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmiş, bu əsasla onun mübahisəli mənzil üzərində gözlənilən mülkiyyət hüququ yaranmışdır. Məhkəmə, həmçinin hesab edir ki, mənzil xx.xx.1992-ci il tarixdə verilmiş order əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2000-ci il sentyabrın 1-dən əvvəl qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (ərini) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci və 2-ci hissələrinə hissəsinə görə İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir Həmin Məcəllənin Maddə 87-ci maddəsinə əsasən Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş materiallarından da görünür ki, İddiaçı1 mübahisəli mənzildə doğulduğu və yaşadığı müddətdə istifadə hüququ olmuş, lakin ailə həyatı quraraq daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçərək orada yaşadığından, o, istifadə hüququnu itirmişdir. . Eləcə də digər ilkin İddiaçı2 Feruz oğlunun isə ümumiyyətlə mübahisəli mənzilin tərkib hiussəsindən istifadə hüququ yaranmamışdır. Belə ki, 03.10 1986-cı il tarixdə doğulmuş ilkin İddiaçı2 Feruz oğlu İddiaçı1 oğludur və onlar daima birlikdə yaşamışlar. Göründüyü kimi İddiaçı2 Feruz oğlunun mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə, həmçinin nəzərə alır ki, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 nömrəli binanın 5 saylı mənzili üzərində tam mülkiyyət hüququ xx.xx.2007ci il tarixli ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıların daimi yaşayış sahələri olmuş və mübahisəli mənzildən könüllü olaraq köçmüşlər, onların mübahisəli mənzilə ehtiyacları olmamışdır. Eləcə də, ilkin iddiaçıların mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyatda olmaları, onların mənzil tərkib hissəsindən istifadə hüquqlarının saxlanmasına və yaxud yaranmasına əsas deyildir. Məhkəmə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından hesab edir ki, iddiaçıların yaşayış üzrə qeydiyyatda olma vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onların həmin mənzil üzrə yaşayış yeri üzrə qeydiyyata alınmaları, həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İddiaçıların mübahisəli mənzildə uzun müddət yaşamaması ilə yanaşı, onların mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair iddiaçılarla Cavabdeh2 arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud olmamışdır. Hüquqi nəticə etibarı ilə iddiaçıların mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda ilkin iddiaçıların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının yaranması və mənzilə köçürülmə tələbləri əsaslı deyildir. Məhkəmə qarşılıqlı iddiaya hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia ilkin iddianın rədd edilməsi əsasları ilə təmin edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı mübahisəli mənzildən ailə quraraq daimi olaraq ailəsi ilə birlikdə başqa yaşayış yerinə köçmüşdür. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi baağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilkin İddiaçı1 1985-cü ildə mübahisəli tərk edərək, başqa yaşayış sahəsinə köçməsi və orada yaşaması, onun mübahisəli mənzili daimi tərk etdiyini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün İddiaçı1 yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, İddiaçı1 o, Mingəçevir şəhəri Mingəçevir şəhəri A.S.Puşkin küçəsi ev 10/1 saylı evin 16 saylı mənzilin tərkib hissəsindən istifadə hüququnu itirmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mənzil qarşılıqlı iddiaçı Cavabdeh2 qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də o, həyata keçirdiyindən, hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə qarşılıqlı iddiaçı Cavabdeh2 qanuni istifadəçi-mülkiyyətçi kimi ilkin İddiaçı1 münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair qarşılıqlı iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, ilkin iddiaçıların mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına, həmin mənzillə hər hansı fiziki və hüquqi bağlılığının olmamasına baxmayaraq, hazırda da mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaları formal xarakter daşısa da, hər bir halda qarşılıqlı iddiaçı Cavabdeh2 mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddiaçıların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaları məsələsinə də hüquqi qiymət verilməli və hazırki qətnamə onların mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddia əsassız olduğundan rədd, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia rədd edilsin. İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı1 Mingəçevir şəhəri A.S.Puşkin küçəsi ev 10/1 saylı evin 16 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar