Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1909/2020 20.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi Şəfiyeva Könül Səməd qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə qeydiyyatı üzrə yaşayış hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən olunması edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia tələbi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddia ərizəsində Cavabdeh iddiaçının keçmiş arvadı olmasını qeyd edilmiş və cavabdehin uzun müddətdir sözügedən mənzildə yaşamaması qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində Cavabdeh həmin mənzilə istifadə hüququnun itirilməli olmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından müəyyən olunur ki, əslində iddiaçının irəli sürdüyü tələbdə məqsədi sözügedən mənzildən orada yaşamayan cavabdehin pasport qeydiyyatından çıxarılmasıdır. İddiaçı sözügedən tələblə bağlı aidiyyatı inzibati orqana (Polis Şöbəsinə) müraciət etməlidir. Əgər iddiaçının cavabdehin onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbindən inzibati orqan imtina edərsə, belə olan halda iddiaçı inzibati orqanın hərəkətlərindən və ya hərəkətsizliyindən həmin inzibati orqanın yuxarı inzibati orqanına və yaxud məhkəmə qaydasında aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə şikayət verə bilər. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalı və iddiaçıya cavabdehin onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etməli olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra mətində MPM) 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcllənin 153.3-cü maddəsinə əsasən, işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Cavabdeh qarşı mənzilə qeydiyyatı üzrə yaşayış hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya Cavabdeh onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etməli olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1909/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1909/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver