Məhkəmə qərarları › İş №2(051)-1939/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1939/2023

27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1939/2023 27.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum arvadı X6 miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən 0.0445 ha torpaq sahəsi **********81 reyestr nömərəsi ilə xüsusi mülkiyyət hüquqi ilə mərhum həyat yoldaşı X12 məxsusdur. Həyat yoldaşı X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, mirası faktiki qəbul edən şəxs kimi vərəsəlik şahədətnaməsi verilməsi üçün notariat orqanına müraciət etmilş, lakin notariat orqanı onqun müraciətini təmin etməmişdir. Ona görə də mərhum həyat yoldaşı X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0445 ha torpaq sahəsini yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə mərhum X13 arasında 26 aprel 1988-ci il-ci il tarixdə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 101 nömrəsi ilə qeydiyyat aparılmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elxan Hüseynov 30 iyuld 2022-ci il tarixli 1423 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşə əlavə olunmuş Qeydiyyat Vəsiqəsinin notariat qaydada təsdq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0445 ha torpaq sahəsi xüsusi mülkikyyət hüququ əsasında X9 adına qeydə alınmışdır. İşə əlavə olunmuş X5 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, mirasdan imtina etdiyini bildirmişdir. İşə əlavə olunmuş X3 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, mirasdan imtina etdiyini bildirmişdir. İşə əlavə olunmuş X4 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, mirasdan imtina etdiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, ərizəçi mərhum X9 əridir. X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir və onun vərəsələri Ərizəçi, X10, X7 vəX8dur. Vərəsələr X1, X7 və X8 mirasdan notarial qaydada imtina etmişlər. Ona görədə mərhum Ərizəçinın ərizə tələbi təmin olunmalı və X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0445 ha torpaq sahəsi miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0445 ha torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi yalnız onun tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar