Məhkəmə qərarları › İş №2(051)-194/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-194/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-194/2024 15.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs: X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzili Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 20 sentyabr 1994-cü il tarixli 593 saylı Sərəncamı ilə ona 4 nəfər ailə üzvü ilə birlikdə verilmişdir. Mənzildə o, qızı Aynurə Məmmədova, X28, onun arvadı Cavabdeh qeydiyyatdadır. Mənzili özəlləşdirilməmişdir. X28 mənzilin özəlləşdirilməsinə razılıq vermədiyindən paylarının bölünməsini həyata keçirə bilmirlər. Mənzil 47.31 kv.metr olmaqla 3 otaqlıdır. Onun 68 yaşı vardır və həyatını sakit başa vurmaq istəyir, əri X14 isə 21 avqust 2012-ci ildə vəfat etmişdir. Hər gün ailə daxili münaqişələri vardır. Münaqişənin əsas səbəbkarı isə Cavabdehdır. Cavabdeh 5 ildir ki, onun mənzilinə gəlin gəlmişdir. O onun onun mənzilində yaşamasını istəmir. Çünki o onun əmlakından sərbəst istifadə etməyinə mane olur. Qeyd edir ki, mənzilin orderi onun adınadır. Mənzili özəlləşdirilməsədə 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə və həmin tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə əmlak hüququ vardır. Mənzili ona 01 oktyabr 2009-cu il tarixədək verildiyindən mənzili sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə aid olmadığından hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən Cavabdeh onun ailə üzvü deyildir. Ona görə də məhkəmədən Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil1 məhkəmə iclası zamanı verdiyi izahatında məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı X7 mənə qarşı qeydiyyatda olduğu və yaşadığı Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzildən çıxarılması barədə iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, o İddiaçı oğlu X22 ilə 30 sentyabr 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş, ər soyadını qəbul etmişdir. El adəti ilə toyları olmuş və Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə gəlin köçmüşdür. 7 ildir ki, qaynanası X8, o və əri Sakitlə birgə təsərrüfat idarə edirlər. Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə gəlin köçdükdən 1 il 5 ay sonra, 27 fevral 2018-ci ildə həmin mənzilə qeydiyyata düşmüşdür. Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzili qaynanası X3 mülkiyyətində deyil, dövlət fondu mənzilinə aiddir. Orderlədir-orderdə əri X13 adı vardır. Qaynanası, əri və o birgə təsərrüfat idarə edib, mənzili müəyyən qədər (o işləyir əmək haqqısı ilə) təmir də etdirmişlər. Övladları 20 avqust 2008-ci il təvəllüdlü X10 və 20 mart 2020-ci il təvəllüdlü X2 şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilində qeydiyyatda olmaqla onun ilə birlikdə həmin mənzildə yaşayırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli araışdan görünür ki, Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilində qeydiyyatda olan şəxslər bunlardır: O Cavabdeh, X1 qızı, əri- X22, qızı- X10, oğlu- X23, X9 qızı. X9 qızı ərə getmiş, ər soyadını qəbul etmiş, başqa ünvanda yaşayır, yalnız mübahisə edilən mənzildə qeydiyyatda qalmışdır. 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. İddiaçı X8 mülkiyyətçi deyildir, onun mülkiyyət hüqüqları dövlət tərəfindən tanınmamışdır. Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzili üzərində sahiblik və sərəncam vermək hüququ yoxdur. O Nəsibova X12 şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilində qeydiyyatdadır, yaşayır, istifadə hüququ vardır. X1 qızı da onun kimi mübahisəli mənzildə istifadəçidir, onun mübahisə edilən mənzildən çıxarılma barədə tələb etmək hüququ yoxdur. İddia rədd edilməlidir. İddiaçı X3 ona qarşı qeydiyyatda olduğu və yaşadığı Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzildən çıxarılması barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun anası, cavabdeh isə arvadıdır. Anası onun arvadını mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. O, həyat yoldaşının mənzildən çıxarılmasına razı deyildir. Ona görə ki, həyat yoldaşının yaşamağa ayrı yeri yoxdur, həmçinin arvadının uşaqlarla ayrı yaşaması mümkün deyildir. Əvvəllər anası ilə həmişə yaxşı yola getmişlər, hazırda vəziyyətin belə olmasının səbəbi onun əmək haqqını anasına deyil, yoldaşına verməsi olmuşdur. Hər şeyin başında qadın qısqanclığı durur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bununla belə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-48-DA-8F/2-N-1xx-xx/2023 saylı arxiv arayışdan görünür ki, Mingəçevir şəhər İcra hakimiyyəti başçısının 593 nömrəli, 20 sentyabr 1994-cü il tarixli Sərəncamından görünür ki, X6-4 nəfər ailə tərkibi ilə/Özü, h/yoldaşı və 2 uşağı/, 20 Yanvar döngəsindəki 8 №-li evin, yaşayış sahəsi 47,31 kv.m olan, 3 otaqlı 1-ci mərtəbədə yerləşən, 16 №-li mənzili təklif olunub və Yuxarıda qeyd edilmiş vətəndaşlara verilmiş mənzillərə orderlər verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş AZ-İİ seriyalı, 298459 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2012-ci ildə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər icra hakimiyyəti aparatının 16 sentyabr 1994-cü il tarixli, 004118 nömrəli orderinin surətindən görünür ki, X6 4 nəfərdən ibarət tərkibdə ailəsi olduğundan 3 otaqdan və 47,31 kv.m ibarət 20 yanvar döngəsi 8 saylı evin 16 nömrəli mənzili verilmişdir. Ailənin tərkibi: Nəsibova Sücayət – 1955-özü, İzmir-1950-həyat yoldaşı, Sakit-1985oğlu, Aynurə-1987-qızı. İşə əlavə olunmuş 12 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, 12 saylı MİS-in ərazisində yerləşən Bina 20 Yanvar döngəsi 8 mənzil 16 ünvanın yeni adı V.Abdullayev 8 mənzil 16 olmuşdur. İşə əlavə olunmuş AZ-İİ seriyalı, 138109 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X18 arasında nikah 30 sentyabr 2016-cı ildə bağalanmış və 30 sentyabr 2016-cı il tarixdə 226 nömrə ilə Mingəçevir Nikah evində qeyd edilmişdir. İşə əlavə olunmuş AZ-İV 158386 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 atası X22 anası Cavabdehdır. İşə əlavə olunmuş AZ-İV 415716 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X19 atası X22 anası Cavabdehdır. Beləliklə işin əhəmiyyətli olan hallarını araşdırarkən müəyyn olundu ki, mübahisəli mənzil Mingəçevir şəhər İcra hakimiyyəti başçısının 593 nömrəli, 20 sentyabr 1994-cü il tarixli Sərəncamı əsasında X11 və 3 nəfər ailə üzvlərinə verilmişdir. Mənzilin icarəyə verilməsi X5 adına 16 sentyabr 1994-cü il tarixli, 004118 nömrəli orderi ilə rəsmiləşdirilmişdir. Həmin orderdə 1955-ci il təvəllüdlü iddiaçının özü Nəsibova Sücayət, 1950-il təvəllüdlü iddiaçının həyat yoldaşı İzmir, 1985-ci il təvəllüdlü iddaçının oğlu Sakit, 1987-ci il təvəllüdlü iddiaçının qızı Aynurə ailənin tərkib hissəsi kimi qeyd edilmişdir. İddiaçının əri X14 xx.xx.2012-ci ildə ölmüşdür. Cavabdeh iddiaçı X3 oğlu X22 ilə 30 sentyabr 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş və mübahisəli Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə gəlin köçmüşdür. Cavabdeh iddiaçı X8 və əri X22 birgə təsərrüfat idarə etmişlər. Cavabdeh Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə gəlin köçdükdən sonra, iddiaçının razılığı ilə 27 fevral 2018-ci ildə həmin mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən X13 birgə nikahlarından 20 avqust 2008-ci il təvəllüdlü X10 və 20 mart 2020-ci il təvəllüdlü X23 doğulmuş və mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla valideynləri ilə birlikdə orada yaşayırlar. Hal-hazırda İddiaçı Məhəddin qızı oğlunun arvadı Cavabdeh mənzildən çıxarılmasını tələb edir. Odur ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları və məhkəmədə tətqiq olunmuş sübutlara qiymət verərək ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mənzil hüquqları ilə bağlı mübahisədir. İş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edilməsinə dair iddiaçı iddiasını onunla əsaslandırı ki, Mənzili özəlləşdirilməsədə 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə və həmin tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə əmlak hüququ vardır. Mənzili ona 01 oktyabr 2009-cu il tarixədən əvvəl verildiyindən mənzili sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə aid olmadığından hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən Cavabdeh onun ailə üzvü deyildir. Ona görə də məhkəmədən Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzilindən çıxarılmasını tələb edir. Yəni iddiaçı hesab edir ki, 01 oktyabr 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə 146.1-ci maddəsin tələbinə görə mənlili özəlləşdirmək hüququ olan şəxs olduğu üçün onun mülkiyyət hüququ var və bu əsasla iddiasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini müdəalarını rəhbər tutur. Məhkəmə iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edilməsində iddiaçının əsaslandığı qanuni əsaslar ilə razılaşmır. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında mənzillə bağlı hüquq münasibətləri 2016-cı il tarixdən yaranmışdır. Mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Odur ki, mübahisə həmin tarixdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Lakin dövlət mənzil fonduna aid edlən orderli mənzillərlə bağlı münasibətlər hal-hazırda qüvvədə olan qanunvericiliklə tənzimlənmədiyi səbəbdən məhkəmə hesab edir ki, qanunun analogiyası tətbiq edəilərək işin mahiyyətinə olmayan zidd olmayan, oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ olmadığından, həmçinin tərəflər arasında hüquq münasibətləri yarandığı vaxtı nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müdəaları deyil, qanunun analogiyası tətbiq edəilərək halhazırkı hüquq münasibətlərinin mahiyyətinə zidd olmayan, oxşar münasibətləri tənzimləyən 01 oktyabr 2009-cu il tarixədən qüvvədə olan Mənzil Məcəlləsinin «sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin verilməsi qaydası və əsaslarını» müəyyən edən Vİİ fəslin normaları ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1.-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 69.1-ci maddəsinə əsasən Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Həmçinin iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas vermir. Sübutlar işə aid olmamaqla iddia üzrə iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlmir. Onlar arasında ziddiyyət vardır. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X3 oğlu X22 ilə 30 sentyabr 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş və mübahisəli mənzilinə gəlin köçmüşdür. Cavabdeh mübahisəli mənzilinə gəlin köçdükdən sonra, iddiaçının və digər icarədarların razılığı ilə 27 fevral 2018-ci ildə həmin mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh, iddiaçı X8 və əri X22 birgə təsərrüfat idarə etmişlər. Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən X13 birgə nikahlarından iki nəfər uşaqları doğulmuş və həmin uşaqlarda mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla valideynləri ilə birlikdə orada yaşayırlar. Bu əsaslarlada cavabdeh iddiaçı və orderdə adı göstərilən şəxslərlə eyni hüquqa malikdir və onlar birgə eyni məsuliyyət daşıyır. Həmçinin 16 sentyabr 1994-cü il tarixli, 004118 nömrəli orderdə adı olan və həmin mənzildə qeydiyyatda olmaqla daimi yaşayan iddiaçının oğlu, cavabdehin isə əri X22 arvadının mənzildən çıxarılmasına etiraz edir. Belə olan halda cavabdehin mənzildən çıxarılmasına heç bir qanuni əsaslar müəyyən edilmədi. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin həmin mənzilə istifadə hüququ var və o yaşayış sahəsindən çıxarıla bilməz və yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzilindən çıxarılması üçün heç bir əsas yoxdur. Məhkəmə işin hallarını təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzildən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar