Məhkəmə qərarları › İş №2(051)-1942/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1942/2022

28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1942/2022 28.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi,vəkil X1, Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi mirasın bütöv şəkildə qəbul edilməsi faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atasından miras qalmış Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzilinin miras əmlak kimi bütöv şəkildə yalnız onun tərəfindən qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi,vəkil X1 ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs3 məhkəmə iclasında ifadəsində bildirdi ki, mərhum atasından Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzili miras qalmışdır. Atasının vərəsəsi ancaq ərizəçi deyil. Atasının 3 nəfər övladı var- o, bacısı X2 və Ərizəçi. Hesab edir ki, hər brinin atasından miras qalmış mənzilə miras payları vardır, hər birinə mirası qalmışdır. Ona görə də ərizənin təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hüquq haqqında mübahisə yarandığına görə Ərizəçi ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi mirasın bütöv şəkildə qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar