Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1952/2023 04.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi (Maraqlı şəxs olmaqla) doğum şəhadətnaməsində ana adının dəyişdirilməsinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs olmaqla) doğum şəhadətnaməsində ana adının dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə verərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də ərizənin geri qaytarılması haqqında qərardad çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi (Maraqlı şəxs olmaqla) doğum şəhadətnaməsində ana adının dəyişdirilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə saat 15:37-də Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökumət ödəniş portalı №********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100,40 manat məbləğində pul Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1952/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1952/2023
04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver