Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1964/2023 02.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X2 miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil mərhum X4 mülkiyyətində olmuşdur. Belə ki, bu barədə ona Qeydiyyat vəsiqəsi verilmişdir. Eyni zamanda da Səfurə Seyidova həmin mənzili 08 iyun 1995-ci ildə ona vəsiyyət etmişdir. X6 02 oktyabr 2011-ci ildə rəhmətə getmişdir. Həmin vaxtdan da qeyd olunan mənzili miras əmlak kimi qəbul edib faktiki yaşamağa başlamışdır. Bundan sonra o, notariat kontoruna müraciət etmiş və Səfurə Seyidovanın ona vəsiyyət etdiyi, Mingəçevir şəhərinin Ərəş küçəsində yerləşən 2 saylı evin 7 saylı mənzilini miras əmlak kimi qəbul etmək istəyir. Ancaq notariat kontorundan ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Səfurə Seyidovadan vəsiyyətnamə üzrə miras qalmış əmlakı başqa qaydada əldə edə bilmir. Ona görə də, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoru ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vəsiyyətnamədən görünür ki, mərhum X1 şəhəri Ərəş küçəsi ev 2, mənzil 7 ünvanda yerləşən mənzili 08 iyun 1995-ci ildə ona vəsiyyət etmişdir. İşə əlavə olunmuş Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil mülkikyyət hüququ əsasında X4 adına qeydə alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Ramin Muradov xx.xx.2023-cü il tarixli 1375 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, ərizəçi mərhum X6 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir və mərhum mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzilini vəsiyyətnamə əsasında ərizəçiyə bağışlamışdır. Ona görədə mərhum Ərizəçinın ərizə tələbi təmin olunmalı və X3 miras qalmış ünvan 1 ünvanda yerləşən mənzil miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. X2 miras qalmış Mingəçevir şəhəri Ərəş küçəsi 2 saylı evin, 7 saylı mənzilinin Ərizəçi tərəfindən miras əmlak kimi yalnız onun tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1964/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1964/2023
02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver