Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1970/2022 05.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı Mingəçevir Şəhər Bələdiyyəsinın nümayəndəsi və X1 Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Mingəçevir Şəhər Bələdiyyəsinin Cavabdeh qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və torpağın geri qaytarılması tələbinə, iddiaçı Cavabdeh Mingəçevir Şəhər Bələdiyyəsinə qarşı müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Mingəçevir Şəhər Bələdiyyəsi Cavabdeh qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və torpağın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəççevir Bələdiyyəsinin 19 mart 2017-ci il tarixli 33/4 saylı qərarı əsasında Mingəçevir Bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış 05 yanvar 2012-ci il tarixli 1.54 ha torpaq sahəsinin örüş üçün icarəyə verilməsi haqqında torpaq icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq Mingəçevir Şəhər Bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq Mingəçevir Şəhər Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini, icarə müddəti və bu münasibətlərin davam etdirilməsi şərtlərinin müəyyən olunması barədə qətnamə çıxarasınız. İddiaçı Mingəçevir Şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclası zamanı iddiasını müdafiə etdi və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək qətnamə qəbul edilməsinni xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, müqavilənin ləğvi üçün hüquqi əsas yoxdur. Həmçinin iddiaçı müqavilənin ləğvi üçün əvvəlcədən ona məlumat verməmişdir. Odur ki, izahatında göstərilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclası zamanı cavabdehin izahatına uyğun izahat verdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək müəyyən etdi ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar mövcuddur. Ona görə də iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin ləğv edilməsi üçün məhkəmə müraciət, lakin bununla bağlı rəsmi olaraq cavabdehə məlumat verməmişdir. Belə olan halda iddiaçı mülki qanunvericiliyin tələblərinə əsasən hərəkət etməlidir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə müqavilə münasibətlərindən yarandığından və qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll qaydası nəzərdə tutulur. İddiaçı tərəfindən bu qaydaya riayət edilmədiyindən iddia baxılmamış saxlanılmaıdır. Həmçinin belə olan halda qarşılıqlı iddia ərizəsi də baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə tərəflərə izah edir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mingəçevir Şəhər Bələdiyyəsinin Cavabdeh qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq Mingəçevir Şəhər Bələdiyyəsinə qaytarılması, iddiaçı Cavabdeh Mingəçevir Şəhər Bələdiyyəsinə qarşı müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi və sair tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1970/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1970/2022
05.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver