Məhkəmə qərarları › İş №2(051)-198/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-198/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-198/2021 19.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi, vəkili X1 iştirakı ilə, iddiaçı Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə baxaraq Müəyyən etdi: Ərizəçi 5 ədəd kater üzərində onun mülkiyyət hüququnun tanınması faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək ərizənin qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə ərizənin qaytarılması barəsində ərizə verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçi ərizəsinin qaytarılması və ərizənin baxılmamış saxlanılması barədə ərizə verdiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən ərizəsi baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar