Məhkəmə qərarları › İş №2(051)-1981/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1981/2024

28.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1981/2024 28.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, O, 3 ildir fotoqraf kimi fəaliyyət göstərir. Əvvəllər Yevlax TV MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Bir neçə ay bundan əvvəl "xxxx" MMC tərəfindən vakansiya üzrə işçilərin axtarılmasını eşitdi. MMC-nin rəhbərliyi tərəfindən ona müraciət edərək fotoqraf işinə dəvət olunmuşdur. Cavabdehə bununla əlaqədar düşünməli olduğunu və yalnız qarşılıqlı müzakirələrdən sonra müqavilə bağlaya biləcəyini bildirdi. Onlar heç əmək haqqı və ya digər məsələləri də müzakirə etmədilər. Bir müddət əvvəl o, işsizlik barədə arayış alarkən ona adının "xxxx" MMC-də səs rejissoru kimi getdiyini öyrəndi. Lakin o, heç bir vaxt cavabdeh müəssisədə işləməmiş və onlarla aralarında müqavilə olmamışdır. O, cavabdehin rəhbərliyi ilə əlaqə saxladıqda ona bildirildi ki, çoxsaylı müraciətlərin səbəbindən onun adı səhvən sistemə düşmüş və adına əmək müqaviləsinin bildirişi vurulmuşdur. Cavabdeh bu müqavilənin xitam olunmasına razı olsa da o, müqavilənin etibarsız hesab olunmasını istəyir. Bununla əlaqədar Əmək Müfəttişliyi də məhkəməyə müraciət edilməsini bildirmişdir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı etiraf etdi və əlavə olaraq göstərdi ki, iddianı qəbul edir. Həmin müqavilə səhvən bağlanmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsinə etraz etmir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işə əlavə olunmuş Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddianı qəbul edir. Həqiqətən, Həmin müqavilə səhvən bağlanmışdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında mübahisə əmək qanunvericiliyinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cii maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilir. Azərbaycan Respblikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respblikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilə və onun hüquqi nəticələri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar