Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1986/2022 15.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, doğum faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, hal-hazırda ünvan 1 ünvanda yaşayır. xx xxxxxx 1938-ci ildə Ağdam rayonu Qaradağlı kəndində anadan olmuşdur. Rəsmi nikah daxil olana qədər onun qızlıq soyadı Məmmədova olmuşdur. Bunu nikah şəhadətnaməsi də təsdiq edir. Artıq 84 yaşı var. İstəyir ki, bu həyatdan köçəndən sonra mülkə görə övladları arasında söz-söhbət yaranmasın. Ona görə də sağlığında öz payına düşən əmlakı övladlarından birinə vermək istəyir. Bununla əlaqədar ondan doğum haqqında şəhadətnamə tələb olunur. Doğumun qeyd edilmə faktını başqa yolla əldə edə bilmir. Ona görə də onun doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində doğum tarixi xx xxxxxx 1938-ci il, doğum yerinin Ağdam rayonu Qaradağlı kəndi, qızlıq soyadının Məmmədova olması, ata kimi X6, ana kimi X8 yazılması barədə qətnamə çıxarılmasını xahiş edir. Doğumun qeyd edilməsi faktı ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X2 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun doğma bacısıdır. Ərizəçi xx xxxxxx 1938-ci ildə, o, isə 1947-ci ildə anadan olmuşdur. Onlar Ağdam rayonunun Qaradağlı kəndində doğulmuşlar, valideynləri X6 və X5r. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 43 ildir ki, Ərizəçi ilə qonşudur. Ərizəçi ata-anasını, bacılarını yaxından tanıyır. Hər il 15 fevralda Solmaz xalaya uşaqları, bacıları ad günü keçirirdi. Ona görə də bilir ki, Ərizəçi xx xxxxxx 1938-ci ildə anadan olub, atasının adı Məhərrəm, anasının adı Minirə idi. Həmçinin bilirdi ki, Ərizəçi Ağdam rayonu Qaradağlı kəndində doğulub. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1938-ci ildə Ağdam rayonu Qaradağlı kəndində anadan olmuşdur. İşə əlavə edilmiş nikahın bağlanması haqqında arayışdan görünür ki, X11 ilə X3 nikahları 22 mart 1958-ci ildə Maraqlı şəxsndə qeydə alınmışdır. Nikahdan sonra arvada Səfərova soyadı verilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1938-ci ildə Ağdam rayonu Qaradağlı kəndində anadan olmuşdur. X1, anası X5r. Doğumun qeyd edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. Ərizəçi doğumunun qeyd edilməsi, doğum akt qeydində xx xxxxxx 1938-ci ildə Ağdam rayonu Qaradağlı kəndində doğulması, soyadı “Məmmədova”, “ata” kimi X7, “ana” kimi X8 qeyd olunması faktı müəyyən edilsin. Qətnamə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1986/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1986/2022
15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver