Məhkəmə qərarları › İş №2(051)-199/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-199/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-199/2025 05.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “atalığın etiraf olunması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “atalığın etiraf olunması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X5 X3 ilə birgə ailə münasibətlərindən doğulmuş Kərimova (Əzizova) Muxsa Məhəmməd qızının atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X12 onun atası, X3 isə onun anasıdır. X12 ilə X2 rəsmi nikahı olmamış, onlar təxminən 1954-cü ildə el adəti ilə ailə qurub, faktiki olaraq xeyli müddət bir yerdə yaşamışdırlar. Həmin ailədə Kərimova (Əzizova) Muxsa Məhəmməd qızı, X8, X6 və X9 olmaqla dörd övlad olmuşlar. X3 xx.xx.1964-cü ildə vəfat etdikdən sonra onlar ataları Əzizov Məhəmmədin himayəsində qalmışdır. X12 xx.xx.2004cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Ağdaş rayonu Qaradeyn kəndində 0.3299 ha torpaq sahəsində 41.40 kv.m. tikilidən ibarət yaşayış evi qalmışdır. Ev və onun yerləşdiyi torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə X5 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış verilmişdir. Qeyd edilən əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Ağdaş Rayon Notariat ofisinə müraciət etsə də, ona miras qoyanla qohumluq münasibəti faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş məktuba əsasən, Ərizəçi müraciətinə baxılaraq valideynlərinin rəsmi nikahı olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə məlumat verərək işə onların iştirakı olmadan baxılıb, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 öz izahatında göstərdi ki, Ərizəçi övladı Reyhan onun oğlu ilə evlənmiş və aralarında qohumluq əlaqəsi yaranmışdır. Ərizəçi ailəsini uzun illərdir ki, tanıyır. Onun atasını Məhəmməd, anasını isə Zərxanım kimi tanımışdır. Zərxanımın vəfatından sonra Ərizəçi və onun bacıları Ulduzə, Sevda ataları Məhəmməd ilə birgə yaşamışlar. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 öz izahatında göstərdi ki, Ərizəçi onun anası Tamara adlı qadının dayısı qızıdır. Ərizəçi anası Zərxanımın erkən vəfat etməsi səbəbindən onu tanımadığını, sadəcə adını bildiyini, lakin atası Məhəmmədi tanıdığını qeyd etmişdir. İş materiallarında olan: Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-K-1177/24 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi əsasında təsdiq olunmalıdır. Valideynləri vəfat etdiyi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. xx.xx.2021-ci il tarixli 193 saylı Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1937-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində son yaşayış yeri Ağdaş rayon Qaradeyn kəndi qeyd olunmuş X2 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair YOXlama xx.xx.2021-ci ilədək aparılmış və X6, X11, X8 və X4 (vəfat edib) qızları olması aşkar edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Ağdaş rayon, Qaradeyn kəndində yerləşən 0.3299 ha torpaq sahəsində ümumi sahəsi 41.40 kv.m. olan fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır. Ağdaş Rayon İcra Hakimiyyətinin Qaradeyn kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X12 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, ölən günə kimi Ağdaş rayon,Qaradeyn kəndində yaşamış və övladları Kərimova (Əzizova) Muxsa Məhəmməd qızı, Abbasova (Əzizova) Sevda Məhəmməd qızı, Cavadova (Əzizova) Ulduzə Məhəmməd qızıdır. xx.xx.2021-ci il tarixli, 194 №li məlumatdan görünür ki, X9 xx.xx.1960-cı il tarixdə Ağdaş rayon Qaradeyn kəndində doğulmuş və 103 saylı doğum haqqında akt qeydi tərtib edilmiş, atası qrafası boş saxlanılmaqla anası qrafasında X3 qeyd olunmuşdur. xx.xx.1961-ci il tarixdə mezoadit səbəbindən ölmüş və ölüm haqqında xx.xx.1961-ci il tarixli Ağdaş rayon icra nümayəndəliyi tərəfindən 14 saylı akt qeydi saxlanılmışdır. xx.xx.2021-ci il tarixli, 196 №li məlumatdan görünür ki, X11 xx.xx.1956-cı il tarixdə Ağdaş rayon Qaradeyn kəndində doğulmuş və 29 saylı doğum haqqında akt qeydi tərtib edilmiş, atası qrafası boş saxlanılmaqla anası qrafasında X3 qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli, 195 №li məlumatdan görünür ki, X6 xx.xx.1961-ci il tarixdə Ağdaş rayon Qaradeyn kəndində doğulmuş və 93 saylı doğum haqqında akt qeydi tərtib edilmiş, atası qrafası boş saxlanılmaqla anası qrafasında X3 qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli, 197 №li məlumatdan görünür ki, X8 xx.xx.1958-ci il tarixdə Ağdaş rayon Qaradeyn kəndində doğulmuş və 40 saylı doğum haqqında akt qeydi tərtib edilmiş, atası qrafası boş saxlanılmaqla anası qrafasında X3 qeyd edilmişdir. AZ-İİ 044263 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1964-cü il tarixdə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.1964-cü ildə 15 № ilə qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ 044261 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2004-cü il tarixdə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 09 № ilə qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Ağdaş rayonu, Qaradeyn kəndində yerləşən hüquq subyekti X7 məxsus **********63-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat ofisinə müraciət etmişdir. Əmlak ərizəçinin atası hesab etdiyi şəxsdən qalmışdır. Ərizəçinin ölən şəxslə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Maraqlı şəxs tərəfindən ərizəçinin valideynlərinin rəsmi nikahı olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin doğum haqqında akt qeydində soyadı atası hesab etdiyi şəxsin soyadı olsa da ata qrafası boş qalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10. atalığın etiraf olunması faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi : 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı

11. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktınyəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. 11.3. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmənin mövqeyi: Təqdim edilmiş doğum haqqında akt qeydlərindən göründüyü kimi ərizəçi və bacılarının soyadı Əzizova göstərilmişdir. Lakin doğum haqqında akt qeydində ata qrafası boş qalmışdır. X12 ilə X2 nikahı dövlət qeydiyyatına alınmamışdır. Şahid ifadələri və təqdim edilmiş sənədlərlə X12 özünü Kərimova (Əzizova) Muxsa Məhəmməd qızının atası hesab etməsi müəyyın olunmuşdur. X12 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Göstərilən hallar X5 Kərimova (Əzizova) Muxsa Məhəmməd qızının atası olmasını təsdiq edir. Ona görə də ərizə təmin edilməli və X5 Kərimova (Əzizova) Muxsa Məhəmməd qızının atası olması faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. 1930-cu ildə Azərbaycan Respublikası Ağdaş rayonu, Qaradeyin kəndində doğulmuş milliyəti azərbaycanlı olan X5 X1 xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası Ağdaş rayonu, Qaradeyin kəndində doğulmuş milliyəti azərbaycanlı olan Kərimova (Əzizova) Muxsa Məhəmməd qızının atasının olması faktı müəyyən edilsin. Kərimova (Əzizova) Muxsa Məhəmməd qızının doğum haqqında akt qeydinin ata haqqında məlumat qrafasının X12 olaraq doldurulması vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar