Məhkəmə qərarları › İş №2(051)-1996/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1996/2025

09.12.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1996/2025 09.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Ərizəçi: Ərizəçi və maraqlı şəxs Mingəçevir regional Asan xidmət mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X2 xx.xx.1966-cı il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun qardaşı olmuşdur. X18 və anası Gülsabah Məmmədovanın birgə nikahından xx.xx.1962-ci il tarixdə X7 anadan olmuş və qardaşı xx.xx.1966-cı il tarixdə vəfat etmişdir. xx.xx.1962-ci il təvəllüdlü qardaşı X4 Mingəçevir şəhər kənd qəbiristanlığında dəfn etmişlər. Bununla əlaqədar arayış tərtib edilmişdir. Qardaşının ölümündən valideynləri təsirləndikləri və qanunu bilmədikləri üçün ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda onlar ölüm haqqında şəhadətnamə almaq istəyir, lakin onlara məlum olmuşdur ki, Qeydiyyat şöbəsində ölümün akt qeydi barəsində akt qeydi tapılmamışdır. Qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Mingəçevir regional Asan xidmət mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsi X9 məhkəmə iclası zamanı verdiyi izahatında qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi qonşusudur. 3-4 qardaş olmuşdurlar. Adlarını dəqiq xatırlamır. Qardaşlardan biri Gəncəli adlı uşaq körpə vaxtı ölmüşdür. Doğulandan xəstə olduğunu deyirdilər. 1966-cı ildə Mingəçevir şəhərində vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi ilə qohumluq əlaqəsi var. Uşaq yaşından Zərdab rayonu, Körpükənd kəndində yaşamışdır. 8-ci sinifi qurtaranadək qonaq kimi gəlib getmişdir. Ondan sonra da əlaqələri davam etmişdir. Kazımı, Məhəmmədi və digər qardaşını sonradan görmüş, adını xatırlamır. Ərizəçinin qardaşı 1966-cı ildə vəfat etmişdir. O, məktəbli olduğundan valideynləri gəlmişdi. Uşağın ürək xəstəsi olduğunu deyirdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X15, ifadəsində göstərdi ki, ərizəçi ilə qonşu olmuşlar. Ərizəçi 2 qardaş, 1 bacı olmuşlar. Qardaşı Gəncəli 1976-cı ildə vəfat etmişdir. Həmin vaxt o, texniki peşə liseyində işləmişdir. Mingəçevir kəndində dəfn edilmişdir. Gəncəli doğulandan xəstə idi. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan işdə olan nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi atası X10, anası X1r. İşdə olan Maraqlı şəxs 03 sentyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş 05 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1966-Cİ İL tarixdə Mingəçevir şəhər kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Məmmədov X6 şəhəri Nizami prospekti ev 19, mənzil 16 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi qardaşı X2 xx.xx.1966-cı il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.1966-cı il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. X2 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar