Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2006/2023 13.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçilər: Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Ərizəçilər: Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, qızları X2 28 iyul 2022-ci il tarixdə Ağdaş rayonu Ərəbocağı kəndində doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydlərində ana qrafasına Ərizəçi1, ata qrafasına Ərizəçi2 adının daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçilərin nümayəndəsi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxslər xx.xx.2021-ci il tarixdə evlənmişdir. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə Aylin adlı qızları doğulmuşdur. Maddi imkansızlıq səbəbindən uşaq evdə doğulmuşdur. Doğumla əlaqədar həkim arayışı ala bilməmişlər. Ancaq Aylin adlı uşaq poliklinikada qeydiyyatdadır və sağlamdır. Artıq uşaq neçə aydır ki, doğulub, hələ də uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onun vətəndaşlıq vəziyyətini təsdiq edən heç bir sənədi yoxdur. Uşaq sağ və salamatdır, uşaq poliklinikasında onun bütün peyvəndlərini vaxtlı-vaxtında vurdurmuşlar. Həmin halın müəyyən olunmasını təmsil etdiyi şəxslər başqa qaydada əldə edə bilmirlər. Odur ki, ərizənin təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi1 onun gəlini, Ərizəçi2 isə onun oğludur. Onları adət-ənənəyə uyğun olaraq Ağdaş rayonu Ərəbocağı kəndinə qonaq çağırmışlar. Hesab etmişlər ki, uşağın doğulmasına hələ bir ay müddət qalmışdır. Lakin orada olan zaman Nailənin sancısı tutmuş, nənəsi həmin işlə məşğul olduğuna görə onun da köməkliyi ilə uşaq doğulmuşdur. Olduqları yer xəstəxanadan xeyli uzaqda olduğu üçün uşaq ev şəraitində doğulmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Ərizəçi1 xalası X3 da şahid X1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi əsaslıdır. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 arasında xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 4390 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Ziyəddinli” soyadı verilmişdir. İşdə olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun xx.xx.2023-cü il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarının 2.5.3-cü və 2.5.4-cü maddələrinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, əgər uşaq tibb müəssisəsindən kənarda doğulmuşdursa, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər təqdim edilməlidir. O, yuxarıda qeyd edilən sənədləri təqdim etmədiyinə görə, müraciətinin təmin edilməsi mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İşdə olan “Fetal Mərkəz NS Genetics” tibb mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13 nömrəli arayışdan görünür ki, həqiqətən X5 xx.xx.2023-cü il tarixdə “Fetal Mərkəz NS Genetics” tibb mərkəzində həkim pediatr qəbulunda olmuşdur. Praktik sağlamdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, ərizəçilərin qızı X5, atası Ərizəçi2, anası Ərizəçi1 olmaqla 28 iyul 2022-ci il tarixdə Ağdaş rayonu, Ərəbocağı kəndində doğulmuş və doğulan zaman ona doğum haqqında şəhadətnamə alınmamış, onun doğumu müvafiq orqanlar tərəfindən qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edə bilər. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə qeydiyyat orqanında doğum qeydə alına bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və ərizəçilərin qızları X2 atası Ərizəçi2, anası Ərizəçi1 olmaqla 28 iyul 2022-ci il tarixdə Ağdaş rayonu, Ərəbocağı kəndində doğulması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307-311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 atası Ərizəçi2, anası Ərizəçi1 olmaqla, 28 iyul 2022-ci il tarixdə Ağdaş rayonu, Ərəbocağı kəndində doğulması faktı müəyyən edilsin. X2 doğum faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin doğumunun qeyd edilməsi və doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2006/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2006/2023
13.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver