Məhkəmə qərarları › İş №2(051)-2014/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2014/2021

14.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2014/2021 14.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi:Ərizəçi nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış ünvan 2ında yerləşən torpaq sahəsinin atasına aid olan hissəsinin yalnız onun tərəfindən bütövlükdə miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçinin nümayəndəsi (vəkil) Vəkil əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs xx.xx.1957ci ildə Gədəbəy rayonunda doğulmuşdur. Onun atası X6 01.07.1928-ci ildə Gədəbəy rayonu Fərzalı kəndində doğulmuş və 19.04.2014-cü il tarixdə vəfat etmişdir. ünvan 2ında əmisi Fərzalı Abbasov, onun ailə üzvləri və təmsil etdiyi şəxs yaşamışdır. Sözügedən ünvanda olan torpaq sahəsi ümumi birgə mülkiyyət kimi atasına, əmisi Fərzalı Abbasova və onun ailə üzvlərinə məxsus olmuşdur. Sözügedən torpaq sahəsindən hamısı birlikdə istifadə edirlər. Torpaq sahəsi və orada yerləşən mənzil uzun illərdir onlara məxsusdur. Lakin atasının vəfatından sonra hüquqi savadsızlıqları səbəbindən torpaq sahəsini vaxtında öz adına sənədləşdirməmişdir. Notariat Kontoruna müraciət etdikdə, ona Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu 24 sentyabr 2021-cu il tarixli 1799 saylı imtina məktubu vermiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. X2 birinci növbə vərəsələri o, bacısı Maraqlı şəxs3 və qardaşı Maraqlı şəxs2dur. Bacısının və qardaşının miras əmlakla bağlı mübahisələri yoxdur və onlar sözügedən torpaq sahəsindən istifadə etməmişlər. Onun qeydiyyat ünvanı ünvan 1r. Hazırda torpağın normal saxlanmasını təmin edir. Bir sözlə, həmin torpaq faktiki olaraq ona məxsusdur, o həmin torpağa sahiblik və onu idarə edir, torpağın normal saxlanması üçün zəruri addımlar atır. Odur ki ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə teleqram ünvanlayaraq, mərhum atalarından miras qalmış ünvan 2ında yerləşən torpaq sahəsinin atalarına aid olan hissəsinin ərizəçi tərəfindən miras əmlak kimi bütövlüdə qəbul edilməsinə etiraz etmədiklərini və məhkəmədən işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01.07.2020-ci il tarixli 2631 saylı məktubdan görünür ki, X4 və ailə üzvlərinin mülkiyyətində olan 02.03.2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış ünvan 2ında yerləşən fərdi yaşayış evindən başqa fərdi yaşayış evi aşkar edilməmişdir. İşdə olan İİ-JQ 308850 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X6, anası X11 olmaqla xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 678395 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 19.04.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 02.03.2020-ci il tarixdə verilmiş **********50-10301 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X4 ünvan 2ında yerləşən 0.1110 ha torpaq sahəsi üzərində X8, X5, X9, X7, X12 və X13 ilə ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 02.03.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.03.2020-ci il tarixli 05/Q-125/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 01.07.1928-ci il tarixdə Gədəbəy rayonu, Fərzalı kəndində doğulmuş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 18.03.2020-ci il tarixədək aparılmış və xx.xx.1957-ci il tarixdə doğulmuş oğlu, Ərizəçi, xx.xx.1964-cü il tarixdə doğulmuş qızı, Maraqlı şəxs3 və xx.xx.1971-ci il tarixdə doğulmuş oğlu, Maraqlı şəxs2 barədə məlumatlar aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 24.09.2021-ci il tarixli 1799 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, 19.04.2014cü il tarixdə vəfat etmiş X6 Ərizəçi, həmçinin maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 atasıdır. X1 ünvan 2ında yerləşən 0.1110 ha torpaq sahəsinin mərhuma aid olan hissəsi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 2ında yerləşən 0.1110 ha həyətyanı torpaq sahəsinin mərhuma aid olan hissəsinin ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X4 birinci növbəli qanun üzrə vərəsələri olan Maraqlı şəxs2 və Maraqlı şəxs3 mərhum Göycə Abbasovdan qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. X1 miras qalmış, ƏMDK-nın yanında DƏDRX-i tərəfindən 02.03.2020-ci il tarixdə qeydə alınmış **********50-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ümumi birgə mülkiyyət olan, ünvan 2ında yerləşən 0.1110 ha torpaq sahəsinin mərhum X3 miras qalmış hissəsinin yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar