Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2028/2022 20.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi X4, vəkili Vəkil, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X4 ərizəni müdafiə edərək izahatında bildirdi ki, onun X7 ilə birgə nikahlarından 7 övladları olmuşdur. Uşaqlarından qızı X5 xx.xx.2004-cü ildə, əri X7 isə 30 iyul 2020-ci ildə vəfat etmişdir. Mingəçevir şəhəri N.Nərimanov küçəsi 7 saylı evin 12 saylı mənzili mərhum əri X3 xüsusi mülkiyyətində olmuşdur. Əri vəfat etdikdən sonra, həmin miras əmlakı oğlu Ərizəçi qəbul etmişdir. Sözügedən miras əmlak oğlu Burzunun sahibliyində və idarəçiliyindədir. Əri vəfat etdikdən sonra ondan qalan mirasa oğlu Burzu sahiblik etməklə qəbul etdiyindən mirasın qəbul etdilməsi ilə bağlı onların aralarında hər hansı mübahisə yoxdur. Ancaq qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etmədiklərindən vərəsəlik şəhadətnaməsi ala bilməmişlər. Ərizənin təmin olunmasını, mərhum X1 miras qalmış Mingəçevir şəhəri N.Nərimanov küçəsi 7 saylı evin 12 saylı mənzilinin yalnız Ərizəçi tərəfindən miras əmlak kimi bütöv şəkildə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi vəkili Vəkil da məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. Atasından Mingəçevir şəhəri N.Nərimanov küçəsi 7 saylı evin 12 saylı mənzili miras qalmışdır. Həmin mənzili qardaşı Ərizəçi istifadə edir, mirası ancaq qardaşı Burzu qəbul etmişdir. O, atasından qalmış mirası qəbul etməmişdir, həmin mirasdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaqdır. Maraqlı şəxs4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizəçi onun qardaşıdı. Atasından Mingəçevir şəhəri N.Nərimanov küçəsi 7 saylı evin 12 saylı mənzili miras qalmışdır. Həmin mənzildən qardaşı Ərizəçi istifadə edir, mirası ancaq qardaşı Ərizəçi qəbul etmişdir. O, atasından qalmış mirası qəbul etməmişdir, həmin mirasdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaqdır. Maraqlı şəxs5 da məhkəmə iclasında Maraqlı şəxs4 ifadəsinə uyğun ifadə verərək ərizəçinin onun qardaşı olduğunu, atasından qalmış mirası ancaq qardaşı Ərizəçi qəbul etdiyini, həmin mirasdan pay istəmədiyini bildirdi. Maraqlı şəxs Yusibova(Qasımova) Leyli Bəndalı qızı məhkəməyə göndərdiyi teleqramda atasından miras qalmış məzilin yalnız qardaşı Ərizəçi tərəfindən qəbul olunmasına razı olduğunu göstərmişdir. Maraqlı şəxs6 məhkəmə iclasında digər Maraqlı şəxs5 izahatına uyğun izahat verərək atasından miras qalmış mənzildən pay istəmədiyini bildirdi. Məhkəmə ərizəçini, maraqlı şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 7 №-li evin 12 №-li mənzili 20 yanvar 2017-ci ildə mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 iyul 2020-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 29 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, X1 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 19 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 02 iyun 2022-ci il tarixli 05/Q-271/15 №-li arayışdan görünür ki, X3 vərəsələri arvadı X4, uşaqları Ərizəçi, X6, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, X5, Maraqlı şəxs6dur. İşə əlavə ounmuş nikah haqqında şəhadətnaməin surətindən görünür ki, X7 ilə X4 arasında 19 iyul 1980-ci ildə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxx 1993-cü il təvəllüdlü Maraqlı şəxs3, xx xxxxxx 1981-ci il təvəllüdlü Maraqlı şəxs4, xx xxxxxxx 1987-ci il təvəllüdlü Maraqlı şəxs5, xx xxxxxxxx 1991-ci il təvəllüdlü Ərizəçi valideynləri X7 və X2r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edildi ki, Ərizəçi miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi atasından miras qalmış Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 7 №-li evin 12 №-li mənzilinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 7 №-li evin 12 №-li mənzilinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, X1 miras qalmış, Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 7 №-li evin 12 №-li mənzilinə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə mirası yalnız onun tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X3 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 7 №-li evin 12 №-li mənzilin yalnız Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-2028/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2028/2022
20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver