Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-205/2022 10.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və işə sonradan cavabdeh qisməndə cəlb edilmiş X8 iştirakı ilə iddiaçı: İddiaçı cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə gedən yolun açılması və orada qanunsuz inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri A.Ələsgər küçəsində yerləşən 0,0327 ha torpaq sahəsinə gedən yolun açılması və orada inşa olunmuş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi haqqında xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər A.Ələsgər küçəsində yerləşən 0,0327 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, həmin torpaq sahəsini 13 may 2013-cü ildə alqı-satqı müqaviləsinə əsasən almışdır. Buna baxmayaraq onunla qonşuluqda yaşayan Cavabdeh1 ona məxsus torpaq sahəsinə gedən yolun qarşısını kəsmiş və orada qanusuz olaraq tikili tikmişdir. Elə buna görə onun torpaq sahəsinə geən yolunu qarşısı kəsilmişdir. Bununla da o, öz torpaq sahəsinə getməkdə çətinlik çəkir. O, dəfələrlə onun torpaq sahəsinə gedən yolun qarşısının açılmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də Mingəçevir şəhəri A.Ələsgər küçəsində yerləşən 0,0327 ha torpaq sahəsinə gedən yolun açılması və orada inşa olunmuş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi haqqında qətnamə çıxarəılmasını xahiş edir. Cavabdeh1 izahatında göstərdi ki, onlar İddiaçı iddiasını qəbul edirlər. Məhkəmədə qaldırılan mübahisə ilə bağlı iddiaçının xeyrinə qətnamə çıxarılmasına etiraz etmirlər. İş üzrə digər Cavabdeh2 da məhkəmə iclasında verdiyi izahatında digər Cavabdeh1 izahatına oxşar izahat verərək iddianın təmin olunmasına etiraz etmədi. İşə sonradan cavabdeh qismində cəlb edilmiş X14 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, məhkəmə prosesinə sonradan cavabdeh qismində cəlb edilmişdir. O, iddia tələbini qəbul edir və iddianın təmin edilməsinə etiraz etmir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı0180912 nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri 0,0327 ha torpaq sahəsində İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2013cü il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın ******* nömrəli Alqı Satqı müqaviləsindən görünür ki, X2, X1 Dürdanə Vaqif qızı, X5 adından və qanuni nümayəndəsi olduğu X6 adından DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixdə verilmiş 3381 nömrəli arayışa əsasən 0,06 ha torpaq sahəsində yerləşən 3 otaqlı ümumi sahəsi 110,08 kvm metr yaşayış sahəsi 44,73 kv metr olan Mingəçevir şəhəri A.Ələsgər küçəsi 1/32 nömrəli fərdi yaşayış evi Şimal Qərb tərəfindəki 589,50 kv mter olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi istisna olmaqla qalan tərəfdə yerləşən 326,61 kv metr torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. İşə əlavə edilmiş DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Mingəçevir şəhərində yerləşən torpaq sahəsinin hüquqi sahibi İddiaçıdır. İşə əlavə olunmuş 10/1204 №-li, 22 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Mingəçevir şəhərində yerləşən, A.Ələsgər küçəsində yerləşən RX seriyalı ******* saylı Çıxarış əsasında tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan 0,0327 ha torpaq sahəsinə gedən yolun üzərində alqı-saqtı müqavilsəində göstərilən bölgü sxemində öz əksini tapmayan 3,05x4 1m ölçüdə sanitar qovşağının sökülməklə həmin tikilinin sökülməklə yolun açılması texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında yaranmış hüquq münasibətləri qanunsuz tikilinin sökülməsi ilə bağlı yaranan mülki mübahisədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, ekspert rəyini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə gedən yolun açılması və orada qanunsuz inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə dair tələbi əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı mülkiyyətində olan 0,0327 ha torpaq sahəsinə gedən yolun üzərində alqı-saqtı müqavilsəində göstərilən bölgü sxemində öz əksini tapmayan 3,05x4 1m ölçüdə sanitar qovşağı tikilməklə bağlanmışdır. Cavabdehin tərəfindən tikilmiş sanitar qovşaq İddiaçı öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədir. Qeyd olunan fakt iş materialları ilə və ekspert rəyi ilə aydın görmək olar. Ekspertizanın rəyində İddiaçı mülkiyyətində olan Mingəçevir şəhərində yerləşən, A.Ələsgər küçəsində yerləşən RX seriyalı ******* saylı Çıxarış əsasında tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan 0,0327 ha torpaq sahəsinə gedən yolun üzərində alqı-saqtı müqavilsəində göstərilən bölgü sxemində öz əksini tapmayan 3,05x4 1m ölçüdə sanitar qovşağının sökülməklə həmin tikilinin sökülməklə yolun açılması texniki cəhətdən mümkün olduğu göstərilmişdir. Beləliklə qeyd olunan mübahisə üzrə bütün faktlar məhəkəmə araşdırıması ilə iddiaçının xeyirnə öz təsdiqini tam olaraq tapmışdır. Ona görə də iddia təmin olunmalı, torpaq sahəsinə gedən yolun açılmalı və orada qanunsuz inşa edilmiş tikili cavabdehin öz vəsaiti hesabına sökülmələdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri A.Ələsgər küçəsində yerləşən 0,0327 ha torpaq sahəsinə gedən yol açılsın və orada inşa olunmuş qanunsuz tikili cavabdehin vəsaiti hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-205/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-205/2022
10.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver