Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-207/2021 03.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 mənzil 27 ünvanında yerləşən yaşayış mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Yaşar Muradov küçəsi ev 39 mənzil 27 mülkiyyət hüququ əsasında onun adına xx xxxxxx 2001-ci il tarixdə qeydiyyat vəsiqəsində qeydə alınmışdır. Həmin mənzili notariat qaydasında təsdiqlənmiş sənədlər əsasında mənzil sahibi mülkiyyət hüquqi şəxsin X1 bütövlükdə əvəzsiz həmin mənzili xx xxxxxx 2001-ci il tarixdə bağlanmış müqavilə əsasında almışdır. Cavabdeh ona məxsus mənzilə qanuni əsas olmadan saxta yolla qeydiyyata düşmüş və qanuni sayıla bilməyəcək məhkəmə qətnamələri ilə istifadə hüququ tanınmışdır. Sözügedən mənzil onun mülkiyyətində olmasına və mənzilin bütün xərcləri onun tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh heç bir əsası olmadan ona məxsus mənzilə köçürülmək və həmin mənzildə yaşamaq istəyir. Cavabdehin ona məxsus mənzildə yaşaması qeyri mümkündür. Belə ki, cavabdehlə onun heç bir münasibəti yoxdur. Əksinə münasibətləri çox pisdir. Buna səbəb cavabdehin ona qarşı olan münasibəti və ona qarşı cinayət törətməsi ilə əlaqədardır. Cavabeh etdiyi əmələ görə cəza çəksə də islah olunması hələ də inandırıcı deyil. Cavabdehin onun mənzilənə köçürülməsi və ona məxsus mənzildə istifadə hüququnun olması onun mülkiyyət hüquqlarını pozur. O, özünə məxsus mənzildən lazımi qaydada istifadə edə bilmir. Cavabdeh isə heç vaxt ona məxsus mənzildə yaşamamışdır. Ona görə də Cavabdeh ünvan 1 mənzil 27 ünvanında yerləşən yaşayış mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı tərəfindən qaldırılmış iddia tələbi qanuna müvafiq deyil. Belə ki, məhkəmələr tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında onun mənzildən istifadə hüquqları tanınmış və onun mənzilə köçürülməsi qərara alınmışdır. Lakin iddiaçı onun mənzildən istifadə etməsinə imkan vermir və mənzilə köçməsinə qərəzli formada maneə yaradır. Bununla əlaqədar İddiaçı barəsində tədbir görülsə də öz qanunsuz əməllərindən çəkinmir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İşə əlavə olunmuş xx xxxxxxx 2020- ci il tarixli, MİS 9 nömrəli arayışından görünür ki, X4 və Cavabdeh ilə qeydiyyatdadır hal hazırda İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə 4807 invertar nömrə ilə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhər Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzili İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-241/2010 saylı, xx xxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən X5 və X2 Mingəçevir şəhər Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilinə istifadə hüququ tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(107)- 472/2010 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh və X2 Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilinə istifadə hüququ tanınması barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(107)-88/2017 saylı qərarının surətindən görünür ki, Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-886/2016 saylı qərarı ilə İddiaçı cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinə qarşı Cavabdeh Mingəçevir şəhər Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın rədd edilməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2229/2019 saylı, xx.xx.2019-cu il tarixli, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-316/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4259/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Qəribova X3 şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, Mingəçevir şəhər Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzili İddiaçı mülkiyyətindədir. Sözügedən mənzildə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051)-241/2010 saylı qətnaməsi ilə iddiaçının istifadə hüququ tanınmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(107)- 472/2010 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2229/2019 saylı, xx.xx.2019-cu il tarixli, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-316/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4259/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarın əsasən Qəribova X3 şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Cavabdeh mənzildə istifadə hüququnun olmasına və mənzilə köçmək istəməsinə baxmayaraq İddiaçı tərəfindən olan müdaxilələr nəticəsində göstərilən halın gerçəkləşməsi mümkün olmamışdır. Hazırda İddiaçı müxtəlif səbəblər gətirərək cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb etsə də sözügedən tələbin təmin olunması üçün əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır: İlk növbədə iddia tələbinin əsası olan cavabdehə kompensasiya vermədən istifadə hüququna xitam verilməsi məhkəmə tərəfindən qəbul edilməzdir. Belə ki, iş materiallarından da görünür ki, onun məhkəmə qətnaməsi ilə istifadə hüquqları yaranmışdır. Cavabdehin qətnamə çıxdıqdan sonra yəni hazırki vaxta kimi başqa daimi yaşayış yeri olması müəyyən olunmamışdır. İddiaçı tərəfindən cavabdehin sözügedən mənzildən istifadə etməsinə maneələr yaratması onun mənzildən lazımi qaydada istifadə edə bilməməsinə gətirib çıxarmışdır. Cavabdehin qanunla tanınan hüquqları və mənafeyi nəzərə alınaraq onun mənzildən istifadə hüququna heç bir kompensasiya verilmədən xitam verilməsi qanunsuz və əsassızdır. Belə ki, iddia tələbinin hüquqi əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam veriməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-207/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-207/2021
03.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver