Məhkəmə qərarları › İş №2(051)-208/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-208/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-208/2022 29.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3, X7 və X4 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, X3 və İsmayılov Şümşad İbrahim qızı valideyinləridir. Valideynləri 06.09.1969-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarlndan 4 övladları-o, qardaşları Azad, Fuad və Murad olmuşdur. Qardaşı Azad 01.11.2006-cı ildə avoqəza nəticəsində vəfat etmişdir. Yevlax rayon Aqrar İslahat Komissiyasının 04.07.198-ci il tarixli 33 saylı qərarı ilə JN-3931 №-li KOD 90105010 topağın mülkyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən atası X2 mülkiyyətinə 0,15 ha torpaq sahəsi verilmişdir. X13 23.10.2015-ci ildə vəfat etmişdir. Atasından miras qalmış əmlak olan torpaq sahəsini qəbul etmiş və faktiki olaraq istifadə edir. Anası, qardaşları və vəfat etmiş Azad adlı qardaşının uşaqlarıhəmin miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul etməsinə etiaz etmirlər. Miras əmlakın qəbul edilməsi ilə əlaqədar vərəsəlik şıhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etdikdə müddəti ötürüldüyü üçün vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Ərizənin təmin olunmasını, atasından miras qalmış Yevlax rayonun Havarlı kəndində yerləşən 0,15 ha torpaq sahəsinin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs X11 qızı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ərizəçi onun oğludur. Ərindən Yelax rayonu Havarlı kəndində yerləşən 0,15 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsindən oğlu Ərizəçi istifadə edir, mirası ancaq oğlu Fərhad qəbul etmişdir. O, ərindən qalmış mirası qəbul etməmişdir, həmin mirasdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaqdır. Maraqlı şəxs Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizəçi onun qardaşıdı. Atasından Yelax rayonu Havarlı kəndində yerləşən 0,15 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsindən qardaşı Ərizəçi istifadə edir, mirası ancaq qardaşıƏrizəçi qəbul etmişdir. O, atasından qalmış mirası qəbul etməmişdir, həmin mirasdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaqdır. Maraqlı şəxs Maraqlı şəxs3 da məhkəmə iclasında Maraqlı şəxs2 ifadəsinə uyğun ifadə verərək ərizəçinin onun qardaşı olduğunu, atasından qalmış mirası ancaq qardaşıƏrizəçi qəbul etdiyini, həmin mirasdan pay istəmədiyini bildirdi. Maraqlı şəxs X8 məhkəmə iclasında bildirdi ki, Ərizəçi onun əmisidir, miras qoyan Qurban İsmayılov babasıdır. Atası 02 noyabr 2006-cı ildə , babası 03 noyabr 2015-ci ildə vəfat etmişlər. Babasından miras qalmış torpaq sahəsi ancaq əmisi Ərizəçi tərəfindən qəbul edilmişdir. O, babasından miras qalmış torpaq sahəsindən pay istəmir. Maraqlı şəxs X7 məhkəmə iclasında digər maraqlı şəxs X4 izahatına uyğun izahat verərək babası Qurban İsmayılovdan miras qalmış torpaq sahəsindən pay istəmədiyini bildirdi. Məhkəmə ərizəçini, maraqlı şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair KOD 901050** JN ***1 №-li şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonu AGK-nin 04 iyul 1995-ci il tarixli ərarı ilə X10 oğlunun mülkiyyətinə 0,15 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 noyabr 2015-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 29 mart 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, X1 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun İsmayılovFərhad Qurban oğluna 02 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 04 noyabr 2021-ci il tarixli 05/Q-658/15 №-li arayışdan görünür ki, X2 vərəsələri arvadı Maraqlı şəxs1, uşaqları Ərizəçi, X9, Maraqlı şəxs2, X6r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 noyabr 2006-cı ildə vəfat etmişdir. İşə əlavə ounmuş nikah haqqında şəhadətnaməin surətindən görünür ki, X3 ilə Maraqlı şəxs1 arasında 06 sentyabr 1969-cu ildə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 17 iyul 1974-cü il təvəllüdlü Maraqlı şəxs2, xx xxxx 1977-ci il təvəllüdlü Ərizəçi və xx xxxxxx 1972-ci il təvəllüdlü İsmayılov Murad Qurban oğlunun valideynləri X3 və Maraqlı şəxs1dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edildi ki, ərizəçi X.Umarova miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi atasından miras qalmış Yevlax rayonun Havarlı kəndində yerləşən 0.15 ha torpaq sahəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 miras qalmış Yevlax rayonun Havarlı kəndində yerləşən 0.15 ha torpaq sahəsinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, X1 miras qalmış, Yevlax rayonun Havarlı kəndində yerləşən 0.15 ha torpaq sahəsinə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə mirası yalnız onun tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X2 mülkiyyətində olan və miras qalmış Yevlax rayonun Havarlı kəndində yerləşən 0.15 ha torpaq sahəsinin yalnız Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar