Məhkəmə qərarları › İş №2(051)-2085/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2085/2023

20.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2085/2023 20.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinin tərkib hissəsindən Cavabdeh istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Göstərilən mənzil Dövlət İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi əsasında xx.xx.2001-ci il tarixdə qeydə alınmışdır. Mənzilin yeganə mülkiyyətçisi təmsil etdiyi şəxsdir. Cavabdeh təmsil etdiyi şəxsin keçmiş gəlinidir. Onunla oğlu X5 2002-ci ildə boşanmışlar. Oğlu 2003-cü ildə Jalə Qarayeva ilə evlənmiş, bu nikahdan 2004 və 2005-ci il təvəllüdlü uşaqları doğulmuşdur. 2002-ci ildən, yəni 20 ildir ki, Cavabdeh təmsil etdiyi şəxsə məxsus mənzildə qeydiyyatda olmasına baxmayaraq, yaşamır, çünki o da uzun illərdir ki, başqa şəxslə ailə həyatı qurub və onunla birlikdə yaşayır. Təmsil etdiyi şəxs isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin təmsil etdiyi şəxsin mənzilində qeydiyyatda olması onun həmin mənzildən sərbəst istifadə və sərəncam hüququna maneə yaradır. Cavabdehin onun mənzilində qeydiyyatda olması onu əlavə maddi xərclərə salmasına gətirib çıxarır. Cavabdeh öz istəyi ilə mənzildən çıxmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin təmsil etdiyi şəxsin oğlu ilə nikahından birgə uşaqları belə yoxdur. Birgə uşaqları belə olmadığı halda, hətta başqa şəxslə evləndiyi halda belə həmin şəxs nə üçün təmsil etdiyi şəxsin mənzilində qeydiyyatda olmalıdır və 20 ildir ki, heç vaxt gəlmədiyi bir mənzilə istifadə hüququ saxlanılmalıdır. Bundan başqa Mingəçevir şəhəri, İsmət Qayıbov küçəsi 2 nömrəli binanın 24 saylı mənzili və Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 7A nömrəli binanın 41 saylı mənzili üzərində cavabdehin tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdehin mübahisəli mənzilə heç bir ehtiyacı yoxdur. Hesab edir ki, belə olan halda təmsil etdiyi şəxsə məxsus ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinin tərkib hissəsindən cavabdehin istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, təmsil etdiyi şəxs Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən Mingəçevir şəhər M.Maqomayev küçəsi 52 saylı evin 12 saylı mənzilinə istifadə hüququ tanınmaqla köçürülməsi təmin edilmişdir. Qətnamə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən dəfələrlə icra olunsa da, iddiaçı tərəf mənzilin giriş qapısının kilidini dəyişərək, təmsil etdiyi şəxsin həmin mənzildə yaşamasına maneçilik törətmişdir. Təmsil etdiyi şəxs dəfələrlə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə müraciət etməsinə baxmayaraq, qətnamənin icrasına iddiaçı tərəf maneçilik törətmiş və o barədə aktlar tərtib olunmuşdur. Ondan başqa iddiaçı 2021-ci ildə təmsil etdiyi şəxsin yaşayış hüququna xitam verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(051)-407/2021 nömrəli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Hesab edir ki, iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi yolverilməzdir. Bununla belə iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi mənzillər cavabdehin mülkiyyətində olsa da, biri qardaşına məxsusdur, digəri isə atasından ona qalmış miras əmlakdır, hansı ki, anası ilə birlikdə orada yaşayır. Cavabdeh boşandıqdan sonra başqa şəxslə ailə qurmamışdır. Təmsil etdiyi şəxsin mübahisəli mənzilə hazırda da ehtiyacı vardır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,36 kv.m, yaşayış sahəsi 39,14 kv.m, üç otaqlı mənzil 1 saylı notariat kontorunun 29 dekabr 2000-ci il tarixli, 3M3-476 reyestr saylı müqaviləsi əsasında xx.xx.2001-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı, Cavabdeh və digər şəxslər qeydiyyatdadırlar. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 7 nömrə ilə qeyd edilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhər Nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 51 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Qarayeva” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 ilə X4 birgə nikahlarından xx.xx.2004-cü il tarixdə Ülkər və xx.xx.2005-ci il tarixdə Nərgiz adlı uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh Mingəçevir şəhəri, İsmət Qayıbov küçəsi 2 nömrəli binanın 24 saylı mənzili üzərində tam mülkiyyət hüququ Mingəçevir şəhəri notarius X2 təsdiq etdiyi xx.xx.2016-cı il tarixli 4Ə-321 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi ilə və Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 7A nömrəli binanın 41 saylı mənzili üzərində tam mülkiyyət hüququ Mingəçevir şəhər notariusu X3 təsdiq etdiyi xx.xx.2019-cu il tarixli 4Ə-273 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə yaşayış hüququnun tanınması və köçmə tələbinə dair iddiası təmin edilmiş, Tahirova X1 şəhər M.Maqomayev küçəsindəki 52 saylı evin 12 saylı mənzilinə köçürülməklə mənzilə yaşayış hüququnun tanınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsinin (indiki İcra baş idarəsi) rəis müavini tərəfindən xx.xx.2003-cü il tarixdə Cavabdeh ünvanlanmış 4/1903 nömrəli məktubdan görünür ki, Mingəçevir şəhər məhkəməsinin əmlak və mənzilə köçürülmə tələbinə dair qətnaməsinin icrası ilə əlaqədar onun mənzilə köçürülməsi təmin edilmiş, orada yaşamanısına maneçilik törədildiyinə görə mövcud qanunvericiliyə əsasən icra üzrə icraat təzələnmiş, lakin icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlmədiyindən icra hərkətləri baş tutmamışdır. Bununla əlaqədar olaraq Cavabdeh mənzilə köçürülməyə dair məhkəmə qərarının icrasının təmin olunması üçün icra yerində olmağın zəruriliyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-407/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzildən yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı nümayəndəsi-vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, tələbkar Tahirova X1 şəhəri, M.Maqomayev küçəsi ev 52, mənzil 12 ünvanına köçürülməsi məqsədi ilə bir neçə dəfə tədbir təyin edilsə də, borclu İddiaçı mənzildə olmadığı üçün tələbkarın qeyd olunan ünvana köçürülməsi mümkün olmamışdır. İşdə olan 5 saylı MİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti ev 52, mənzil 12-də yaşayan İddiaçı ərizəsinə əsasən həmin ünvanda yoxlamada olarkən qonşularının və özünün dediklərinə görə Cavabdeh yuxarıda göstərilən ünvanda yaşamır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin mənzil Dövlət İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi əsasında xx.xx.2001-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdehlə iddiaçının oğlu X5 arasında rəsmi nikah qeydi pozulmuşdur. İddiaçının oğlu Yusif Qarayev 2003-cü ildə Jalə Qarayeva ilə evlənmiş, bu nikahdan xx.xx.2004-cü il tarixdə Ülkər və xx.xx.2005-ci il tarixdə Nərgiz adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə köçürülmüş və həmin mənzilin tərkib hissəsindən onun istifadə hüququ tanınmışdır. Həmin qətnamə əsasında cavabdeh mübahisıli mənzilə köçürülsə də, aralarında olan narazılığa görə 2003-cü ildən həmin mənzildən çıxmışdır. Sonra isə icra üzrə icraat təzələnmiş, lakin cavabdeh icra hərəkətlərinin həyata keçirildiyi yerə getməmişdir. Ondan sonra cavabdeh hazırkı vaxta qədər mübahisəli mənzilə köçürülməsi ilə bağlı icra orqanına müraciət etməmişdir. İddiaçı cavabdehin istifadə hüququnun xitam verilməsi tələbinə dair məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdeh icra üzrə icratın təzələnməsini xahiş etmiş, daha sonra Mingəçevir şəhər İcra və Probasiya Şöbəsini tərəfindən cavabdehin həmin mənzilə köçürülməsi məqsədi ilə bir neçə dəfə icra tədbirləri təyin edilmiş, lakin İddiaçı mənzildə olmadığına görə Cavabdeh qeyd olunan mənzilə köçürülməsi mümkün olmamışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, cavabdehin hazırda Mingəçevir şəhəri, İsmət Qayıbov küçəsi 2 nömrəli binanın 24 saylı və Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 7A nömrəli binanın 41 saylı mənzilləri üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh yaşayış yeri üzrə iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, daimi olaraq başqa ünvanda yaşayır. İddiaçı isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı 2021-ci ildə cavabdehə qarşı mübahisəli mənzildən yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Cavabdeh tərəf isə həmin qətnaməyə istinad edərək iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsini yolverilməz hesab edir. Belə olan halda məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət edərkən, Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş tələblərə əməl edib-etməməsi, həmçinin cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı kompensasiya verilmədən cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərkən, Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş tələblərə əməl etmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı 2021-ci ildə cavabdehin uzun müddət mənzildə yaşamamasına istinad edərək onun istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin hazırkı iddia tələbi üzrə iddiaçı cavabadehin mülkiyyətində 2 ədəd yaşayış mənzilinin olmasına və özünə məxsus mənzildə daimi yaşamasına istinad etmişdir. Göründüyü kimi hazırkı iddia eyni tərəflər arasında, eyni predmet barəsində olsa da, iddiaçı başqa əsaslar üzrə məhkəməyə müraciət etmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, hazırkı iddia tələbinin yolverilməz hesab edilməsi üçün əsaslar məcmu halında mövcud deyildir. Azərbaycan respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə, həmçinin işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsaslar hazırda aradan qaxmışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh 2003-cü ildə nikahı pozularkən yaşayış sahəsinə ehtiyacı olduğuna görə iddiaçıya məxsus mənzilə köçürülməklə şəxsi ehtiyacını təmin etmişdir. Sonradan cavabdeh Mingəçevir şəhərində yaşayış üçün yararlı olan iki ədəd mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Bununla da cavabdeh yaşayış sahəsinə olan ehtiyacını təmin etmiş və iddiaçıya məxsus mənzilə olan ehtiyacı aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin mənzilə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi, hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlə iddiaçının oğlu arasında rəsmi nikah qeydi pozulmuş, iddiaçının oğlu başqa şəxslə evlənmiş, həmin nikahdan onun uşaqları iki nəfər uşağı doğulmuşdur. Cavabdeh iddiaçının keçmiş gəlini kimi yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin olunmuş və cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə köçürülməklə mənzilin tərkib hissəsindən istifadə hüququ tanınmış, lakin cavabdehin mübahisəli mənzilə köçürülməsi mümkün olmamışdır. Sonradan cavabdeh özü mənzil əldə etdiyinə görə mənzilə köçürülməsini tələb etməmişdir. Hazırda tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan ik ədəd mənzil vardır. Cavabdeh iddiaçıya məxsus mənzildə yaşamır. İddiaçı isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Göründüyü kimi cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onun istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odənilmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında formaladırdığı hüquqi mövqeyində daha sonra müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun yaşayış sahəsinə ehtiyacı olmadığından, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətçi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. İddiaçı məxsus olan, ünvan 5 ünvanında yerləşən mənzilin tərkib hissəsindən Cavabdeh istifadə hüququna kompensasiya verilmədən xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar