Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2093/2021 30.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 №-li evin 3 №-li mənzili ərizəçinin mərhum atası X3 mülkiyyətində olmuşdur. Bu barədə mərhum Osman Hacıyevə Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış veeilmişdir. Eyni zamanda da ərizəçinin atası Osman Hacıyev həmin mənzili 11 aprel 1992-ci ildə ərizəçiyə vəsiyyət etmişdir. Ərizəçinin atası Osman Hacıyev 01 yanvar 1995-ci ildə, anası isə Hacıyeva Tavad Məhəmməd qızı 31 mart 1992-ci ildə vəfat etmişlər. Ərizəçi ailənin tək övladıdır, ondan başqa vərəsə yoxdur. Ərizəçi Notariat Kontoruna müraciət etmiş, lakin vərəsəlik şəhadətnaməsi veməkdən imtina edilmişdir. Ona mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərizəçi atasından miras qalmış əmlakı başqa yolla əldə edə bilmir. Ona görə də X1 miras qalmış Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 №-li evin 3 №-li mənzili ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Faktın müəyyən olunması ərizəçiyə vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirlmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi bacısı Rahilənin qaynıdır. Onların qohum kimi yaxın münasibətləri var. Telman atası ilə birlikdə Mingəçevir şəhəri Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzilində yaşayırdı. Atası vəfat edəndən sonra da Telman həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. X2 məhkəmə iclasında ifadəsndə bildirdi ki, o, uzun illərdi ki, Ərizəçi qonşu kimi tanıyır. O, 2012-ci ildən Füzuli küçəsi 23-də kirayədə yaşayır. Həmin mənzildə yalnız Telman və ailəsi yaşayır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsi, ev 23 №-li evin 3 №-li mənzili xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 01 yanvar 1995-ci ildə ildə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 05/Q-605/5 №-li arayışdan görünür ki, X3 vərəsələri həyat yoldaşı X5, oğlu Ərizəçidur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X11 qızı 31 mart 1992-cü ildə ölmüşdür. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 07 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsi 23 №li evin 3 №li mənzili X3 mülkiyyətindədir. Mülkiyyətçi X8 01 yanvar 1995-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi miras qoyan Osman Hacıyevin oğludur. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi atasından miras qalmış mənzildən istifadə edərək ona sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsinə əsasən X6 məxsus olan və miras qalmış Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzili miras əmlak kimi Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. X3 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzili Ərizəçi tərəfindən miras əmlak kimi qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-2093/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2093/2021
30.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver