Məhkəmə qərarları › İş №2(051)-2101/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2101/2025

26.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2101/2025 26.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, onun, yəni İddiaçı, qanuni əsaslarla 1/2 hissədə xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5 mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Yevlax rayonu, Aran Qəsəbəsində anadan olmuşdur. Cavabdehin qardaşı, mərhum X7 ilə 2010-2021-ci illərdə rəsmi nikahda olmuşdur. Nikahları məhkəmə qaydasında, yəni Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə pozulmuşdur. Nikah pozulandan sonra birgə nikahdan əldə etdikləri Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5 Y2 hissədə aralarında paylar müəyyən edilmişdir. Hazırda ünvan 1 ünvanda kirayə mənzildə yaşayır. Həmin mənzildə qardaşının gözdən əlil 7 yaşlı uşağı ilə birgə yaşayır. Onun maddi vəziyyəti çox pisdir, rəsmi iş yeri və ya digər gəlir mənbəyi yoxdur, yaxın qohumlarının maddi dəstəyi ilə birtəhər yaşayır. Hazırda müvəqqəti yaşadığı kirayə mənzilin də kommunal şəraiti çox pisdir. Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5 ½ hissədə xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Buna baxmayaraq, Cavabdeh öz qanunsuz hərəkətləri ilə məni öz mənzilimə köçməyinə, orada yaşamağına təhlükə yaradır, hətta cavabdeh öz əşyalarını da həmin mənzilə yığmış və ona sərt şəkildə bildirmişdir ki, bu ev mərhum qardaşınındır, onlar da onun vərəsələridir, ondan başqa heç kimin bu evə hüququ yoxdur və onu dəfələrlə hədələmişdir ki, sənin payını da əlindən alıb səni o evdən birdəfəlik məhrum edəcək. O, qanuni əsaslarla özünə məxsus olan evinə köçmək və yaşamaq istəyir, onun bu gün həmin yaşayış sahəsinə hədsiz ehtiyacı var. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Öz tələbi ilə əlaqədar sənədlərini iş materiallarına əlavə etmişdir. Onun məhkəmə iclasında bütün hüquqlarını əlavə olaraq təqdim edəcək. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, 2020-ci il tarixdə sözügedən 1 otaqlı evi o, almışdır. X9 2018-ci ildə insult keçirmişdir. Onun bütün sağlamlıq xərclərini o, çəkmişdir. Həmin vaxtlar qardaşı və iddiaçı kirayədə yaşayırdılar. Aldığı evdə onların yaşamasını təklif etdi. Həmin vaxt iddiaçı aldığı yerdən ev istəmədiyini bildirərək etiraz etdi. O, da qardaşının bütün əşyalarını toplayıb həmin mənzilə gətirdi. Evi də qardaşının adına almışdır. Orada yaşaması üçün iddiaçıya nə qədər israr etsək də, o razılaşmadı. 2021-ci ildə boşandılar. Qardaşı barışmaq üçün dəfələrlə cəhd etsə də, heç bir faydası olmadı. Hazırda həmin evdə yaşayır. Evin qardaşına aid olan ½ hissə də payı vərəsəliklə ona keçmişdir. O, iddiaçının mənzilə köçməsinə bu şərtlə razıdır ki, ona aid olan hissədə payın dəyərini ödəsin. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdirş Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Yevlax rayonu Aran Ərazi Dairəsi Aran qəsəbəsində qeydiyyatdadır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 Yeni qaydalarla AZ4508, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, giriş 46, M4, m4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4 ½ hissədə, İddiaçı ½ hissədə paylı mülkiyyət hüququ vardır. Qeydiyyat tarixi müvafiq olaraq xx.xx.2020 və xx.xx.2021-ci ildir. İşdə olan Yevlax rayon Məhkəməsinin 2(039)-1280/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X7 arasında Yevlax rayonu Salahlı kənd İƏD-si üzrə Nümayəndəliyində qeydə alınmış 01 noyabr 2010-cu il tarixli nikah pozulmuşdur. İşdə olan Yevlax rayon Məhkəməsinin 2(039)-1309/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanda yerləşən 27.3 kv.m sahəsi olan mənzilin ikidə bir hissəsində İddiaçı payı müəyyən edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4 ½ hissədə mülkiyyət hüququ vardır. Qeydiyyat tarixi müvafiq olaraq xx.xx.2020-ci ildir. İşdə olan ******* nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı Satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 27.3 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən satıcı X3 alıcı X1. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 Yeni qaydalarla AZ4508, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, giriş 46, M4, m4 ünvanında yerləşən mənzil üzərində Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə paylı mülkiyyət hüququ vardır. Qeydiyyat tarixi müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2025-ci ildir. İşdə olan xx.xx.2025-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqında şəhadətnamədən görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Yevlax rayonu Salahlı ƏD Salahlı kəndində qeydiyyatda olan qardaşı Cavabdehdur. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədini geri qaytarılması haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)1316/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi Mingəçevir şəhər Məhkəməsinə qaytarılmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə beyin infarktından vəfat etmişdir. İşdə olan Yevlax rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 ilə İddiaçı arasında olan nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əasən xx.xx.2021-ci il tarixdə xitam edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1971-ci il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5 ünvanında yerləşən mənzil üzərində iddiaçının ½ paylı mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməklə rəsmiləşdirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfin hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, iddiaçının həmin evə öz mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törətdiyini iddia etmişdir. İddiaçı isə bununla bağlı mübahisəli mənzilə köçürülməsi ilə bağlı Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli mənzil üzərində paylı mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin iddia tələbi ilə məlum olur ki, cavabdeh tərəf heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Hazırda isə, cavabdeh tərəf iddiaçının mübahisəli mənzildə yaşamasına razı deyildir. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdeh iddiaçının öz hüquqlarını həyata keçirməsinə əsaslı maneələr yaratmalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Hazırki işdə isə mübahisəli əmlak iddiaçının və cavabdehin hər birinin ½ paylı mülkiyyətindədir. İddiaçının izahatından belə qənaətə gəlmək olar ki, cavabdeh tərəf onun paylı mülkiyyətində olan əmlakından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum etməklə ona maneələr yaratmışlar. Halbuki həmin mənzildə həmçinin iddiaçının da paylı mülkiyyətindədir. Ona görə də cavabdeh tərəfin sözügedən mənzilə iddiaçını buraxmaması cavabdehin fərdi yaşayış evinin iddiaçının ½ paylı mülkiyyətində olan hissəsinə münasibətdə cavabdeh tərəfin qanunsuz sahibliyi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin halları araşdırarkən məhkəmə müəyyən edir ki, iddiaçı sözügedən əmlak üzərində qanunla müəyyən edilmiş qaydada paylı mülkiyyət hüquqlarına sahib olmuşdur. Həmçinin işdə olan sənədlərdən də göründüyü kimi İddiaçı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5 ünvanında yerləşən mənzil üzərində ½ paylı mülkiyyət hüququ tanınmışdır. Belə olan halda iddiaçı Qəcərli X2 şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə iddianın təmin olunmuş hissəsinə münasibətdə dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Qəcərli X2 şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5 ünvanında yerləşən mənzilə köçürülsün. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar