Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2102/2025 19.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi onun yəni Ərizəçi xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasının Alaverdi rayonunun Şamluq qəsəbəsində anadan olmağı doğum qeyd edilməsi faktı müəyyən edilməsi, ata adının X7, ana adının X12 qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası Tumanyan rayonunun Şamluq qəsəbəsində doğulmuşdur. X1, anası X12 olmuşdur. Atası Qarabağ döyüşlərində şəhid oİmuş, anası isə hal-hazırda ərizəçi ilə yaşayır. Doğumu Ermənistan Respublikası Tumanyan rayonunun Şamluq qəsəbə İcraiyyə Komitəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Məlum hadisələrlə bağlı yaşadıqları yerdən qaçqın düşərkən, yaxud sonradan naməlum səbəblərdən doğum haqqında şəhadətnaməsi yoxa çıxmışdır. Lakin doğum haqqında şəhadətnamənin kserosurəti vardır. Doğum haqqında şəhadətnaməsi olmadığından ona şəxsiyyət vəsiqəsi verilməmişdir. Uzun müddət Rusiya Federasiyasında yaşamışdır, nikah qeyd etdirmədən ailəli olmuşdur və xx.xx.2016-ci il tarixdə X16, X14 və xx.xx.2023-cü il tarixdə X11 adlı 3 uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Rusiya Federasiyasından Azərbaycana gələrkən ərizəçiyə və uşaqlarına xx.xx.2025-ci il tarixli, AZE N9 aa******* nömrəli qayıdış şəhadətnaməsi verilmişdir. Beləliklə, ərizəçidə olan bütün sənədlər Ərizəçi olduğunu təsdiq edir. Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, xahişi təmin edilməmiş və bu barədə xx.xx.2025-ci il tarixli, 3-16- 5/7-15-1030/2025 nömrəli məktub verilmişdir. Məlumat üçün bildirir ki, X1 xx.xx.1992-ci ildə şəhid olmuşdur. Bundan başqa qeyd etmək lazımdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti xx.xx.2008-ci il tarixli, 006826 №li order ilə anası Firəngiz İmanovaya şəhid ailəsi kimi şəhərin C.Əliyev küçəsində mənzil verilərkən ailə üzvü kimi onun da adı yazılmış və həmin mənzildə yaşayırlar. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin yaşadıqları yerdən qaçqın düşərkən yoxa çıxmışdır. Ərizəçidə doğum haqqında şəhadətnaməsinin kserosurəti vardır. Lakin əsli olmadığından şəxsiyyət vəsiqəsi ala bilmir. Uzun müddət nikah qeyd etdirmədən Rusiya Federasiyasında ailəli olmuşdur və 3 uşağı vardır. 2020-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasına gələrkən ona və uşaqlarına qayıdış haqqında şəhadətnamə də verilmişdir. Bütün bu sənədlər onun Ərizəçi Mizəffər qızı olmasını təsdiq edir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş qayıdış şəhadətnaməsindən görünür ki, xx.xx.1985-ci il tarixdə doğulmuş xx.xx.2016-ci il tarixdə doğulmuş X17, X14 və xx.xx.2023-cü il tarixdə doğulmuş X2yıdış üçün şəhadətnamə verilmişdir. İşdə olan “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X9 28 aprel 2007-ci il tarixdə Mingəçevir şəhər VVADQ Şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənmiş və həmin nikah 181b № ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti xx.xx.2008-ci il tarixli, 006826 №li orderindən görünür ki, Firəngiz İmanovaya şəhərin C.Əliyev küçəsində mənzil verilərkən ailə üzvü kimi onun da adı qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 08 avqust 1992-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə Tərtər rayonunda həlak olmuşdur. İşdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X13, atası qrafası boş saxlanılmış, anası Ərizəçidır. İşdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X8, atası qrafası boş saxlanılmış, anası Ərizəçidır. İşdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X3 atası qrafası boş saxlanılmış, anası Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-15- 1030/2025 nömrəli məktubdan görünür ki, anası X5 müraciəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, qızı Ərizəçi xx.xx.1985-ci il tarixdə Ermənistan rayonunun Alaverdi (Tumanyan) rayonunun Şamluq qəsəbəsində anadan olmuşdur. Lakin Ərizəçi doğum haqqında şəhadətnamə vermək Maraqlı şəxs imkanı xaricindədir. İşdə olan 2 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 195 saylı arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistan Respublikası, Tumanyan rayonu, Şamluq qəsəbəsində xx xxxxxxx 1985-ci il tarixdə doğulmuş Ərizəçi X1, anası X6r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Ərizəçi Müzəffər qızı məhkəməyə müraciət etmiş, belə ki, ona şəxsiyyət vəsiqəsinin verilməsindən imtina olunması səbəbindən doğum haqqında akt qeydinin qeydə alınması zərurəti yaranmışdır. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, 18 oktyabr 1985-ci il tarixdə Ermənistan SSR Alaverdi (Tumanyan) rayonu Şamluq qəsəbəsində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi, atası X10, anası X9 olmaqla, xx xxxxxxx 1985-ci il tarixdə Ermənistan SSR Alaverdi rayonu Şamluq qəsəbəsində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2102/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2102/2025
19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver