Məhkəmə qərarları › İş №2(051)-2106/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2106/2023

14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2106/2023 14.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1989-cu ildə Kəlbəcər rayon Çaykənd kənd orta məktəbinin tam kursunu bilirərək orta təhsil haqqında attestat almağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx xxxxxx 1972-ci ildə Kəlbəcər rayon Çaykond kəndində anadan olmuş və orada böyüyüb boya-başa çatmışdır. O, 1979-cu ildə Kəlbəcər rayon Çaykənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1989-cıı ildə həmin məktəbin 10-cu sinfini müvəffəqiyyətlə bititmişdir. Ona orta təhsil haqqında attestat verilmişdir. 1991ci ildə ailə həyatı qurmuş və Mingəçevir şəhərinə köçərək orada yaşamışdır. 1993-cü ildə məlum hadisələr zamanı ona məxsus attestat Kəlbəcər rayonunda qalıb və sonradan lazım olmadığı üçün o, hazırki vaxtadək ona yeni attestatın verilməsi üçün cavabdeh orqana müraciət etməmişdir. Hazırda həyat yoldaşı X1 Birləşmiş Ştatlarında yaşamaq üçün Qrinkart udmuşdur. O, ailəlikcə X3 köçüb orada yaşamaq üçün getməlidir, buna görə də ondan attestat tələb olunur, onun isə attestatı olmadığı üçün sənədlərini qəbul etməkdən imtina edirlər. Ona təkrar attestatın verilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, 1988-1989-cu illərə dair Kəlbəcər rayon məktəbləri barədə məlumatlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Arxiv Fondunda aşkarlanmadığı üçün ona təkrar attestatın verilməsindən imtina edilib. Yuxarıda qeyd etdiyi kimi o, hüquqlarını başqa yolla həyata keçirə bilmir, ona görə də məcbur olub bu faktı təsdiq etdirmək üçtin məhkəməyə müraciət edir. Qeyd olunan faktı onunla birlikdə oxuyan şagirdlər, ona məxsus natamam orta təhsil haqqında şəhadətnamə və orta məktəbi bitirməyi ilə bağlı çəkilmiş “venetka” şəkilləri təsdiq edir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, həqiqətən də ərizəçi ilə bir sinifdə oxumuşlar, ərizəçi ilə birlikdə 1979-cu ildə Kəlbəcər rayon Çaykənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1989-cıı ildə həmin məktəbin 10-cu sinfini müvəffəqiyyətlə bititmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları tam təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonu Çaykənd kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1988-1989-cu illərə dair Kəlbəcər rayon məktəbləri barədə məlumatlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Arxiv Fondunda aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi, xx xxxxxx 1972-ci ildə Kəlbəcər rayon Çaykond kəndində doğulmuş, 1979-cu ildə Kəlbəcər rayon Çaykənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1989-cıı ildə həmin məktəbin 10-cu sinfini bititmişdir. Ona orta təhsil haqqında attestat verilmişdir. 1991-ci ildə ailə həyatı qurmuş və Mingəçevir şəhərinə köçərək orada yaşamışdır. 1993-cü ildə məlum hadisələr zamanı ona məxsus attestat Kəlbəcər rayonunda qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi, 1989-cu ildə Kəlbəcər rayon Çaykənd kənd orta məktəbinin tam kursunu bitirərək orta təhsil haqqında attestat almağı faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, 1989-cu ildə Kəlbəcər rayon Çaykənd kənd orta məktəbinin tam kursunu bitirərək orta təhsil haqqında attestat almağı faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar