Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-211/2021 09.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və vəkili Vəkil Cavabdeh:X1 iştirakı ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 Mehdi oğlu, X3 və Cavabdeh2 qarşı kredit borcunun vərəsələr arasında bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 Mehdi oğluna, X2 və Cavabdeh2 qarşı kredit borcunun vərəsələr arasında bölünməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, hazırda təmsil etdiyi şəxs cavabdehlərlə razılığa gəldiyinə görə hazırki iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş edir. Cavabdeh Səmədov Müşviq Mehdi oğlu məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Cavabdehlər Cavabdeh1 Mehdi oğluna və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, idda ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını tələb edir, işə baxılmasına təkid etmir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 Mehdi oğlu, X3 və Cavabdeh2 qarşı kredit borcunun vərəsələr arasında bölünməsi tələbinə dair iddiası, iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 Mehdi oğlu, X3 və Cavabdeh2 qarşı kredit borcunun vərəsələr arasında bölünməsi tələbinə dair iddiası baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-211/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-211/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver