Məhkəmə qərarları › İş №2(051)-2119/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2119/2021

19.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2119/2021 19.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin Cavabdeh Ə ləmşah oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair ərizəsinə baxaraq Müəyyən etdim: İddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin Cavabdeh Ə ləmşah oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etsə də iddiaçı məhkəməyə müraciət edərkən aidiyyat qaydalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən Mingəçevir şəhər Bələdiyyəsinin iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-cü maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin Cavabdeh Ə ləmşah oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar