Məhkəmə qərarları › İş №2(051)-212/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-212/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-212/2021 10.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və iddiaçı «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı: «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «Access Bank» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhərinin M.V.Vidadi küçəsindəki 4 saylı evin 19 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)- 4165/2017 saylı qətnaməsinə əsasən cavabdeh X2 72266.96 ABŞ dolları məbləğində borcun İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 4 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda Mingəçevir şəhəri M.V.Vidadi küçəsi, 4 saylı evin 19 saylı mənzili İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh2 və Zeynalova X5 şəhəri M.V.Vidadi küçəsi, 4 saylı evin 19 saylı mənzilində bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdeh əmlak üzərində mülkiyyətçi kimi hüquqlarımızın həyata keçirilməsinə maneə olur. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, cavabdehlər hazırda Mingəeçvir şəhəri, M.V.Vidadi küçəsi, 4 saylı evin 19 saylı mənzilində qeydiyyatdadır. Buna görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhərinin M.V.Vidadi küçəsindəki 4 saylı evin 19 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(051)-4165/2017 saylı qətnaməsindən görünür ki, X2 müştərək qaydada 47874.84 ABŞ dolları məbləğdə əsas kredit borcu, 6992.69 ABŞ dolları məbləğdə faiz borcu və 17399.43 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 72266.96 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı QSC-nə ödənilsin. Həmin borcun ödənilməsi ipotekaya qoyulmuş Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 4 saylı evin 19 saylı mənzilinə yönəldilsin. Mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına cavabdehin banka olan borcu ödənilsin. Mənzilin ilkin satış qiyməti 47058 manat müəyyən edilsin. Həraccdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X2 tutulsun. İpoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində X4, Cavabdeh2, Cavabdeh1, X7 və Zeynalova X5 şəhəri, M.V.Vidadi küçəsi 4 saylı evin 19 saylı mənzilindən çıxarılması qət edilmişdir. Mülki işə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Mingəçevir şəhərinin M.V.Vidadi küçəsindəki 4 saylı evin 19 saylı mənzilində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış hüququ olmaqla qeydiyyatdadırlar. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin M.V.Vidadi küçəsində yerləşən 4 saylı evin 19 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin adına xx xxxx 2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, cavabdeh sözügedən mənzildə uzun müddətdir ki, yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, Mingəçevir şəhəri M.V.Vidadi küçəsi, 4 saylı evin 19 saylı mənzili İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh2 və Zeynalova X5 şəhəri M.V.Vidadi küçəsi, 4 saylı evin 19 saylı mənzilində bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdeh əmlak üzərində mülkiyyətçi kimi hüquqlarımızın həyata keçirilməsinə maneə olur. Belə olan halda cavabdehlərin mənzildən qeydiyyatda olması və orada yaşamaması onun mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır və iddia tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMnin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhərinin M.V.Vidadi küçəsindəki 4 saylı evin 19 saylı mənzilinə istifadə hüququ itirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar