Məhkəmə qərarları › İş №2(051)-2126/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2126/2022

16.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2126/2022 16.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «Nikahın qeyd edilməsi faktının» müəyyən edilməsinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi «Nikahın qeyd edilməsi faktının» müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X2 onun həyat yoldaşı olmuşdur. 1979-cu il noyabr ayında X2 ilə evlənmişlər. Həmçinin Ağdam raylnu Novruzlu kəndində toy edib nikahlarını Ağdam rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Nikahdan sonra X2 ounun soyadımı götürmüşdür. Onların birgə nikahlarından Əkbərov Urfan, Əkbərova Aygün və Əkbərov Rövşən adlı uşaqları doğulmuşdur. 1993-cü il tarxdə Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal edildikdən sonra onlar Ağdamı tərk etməli oldular və bütün sənədləri, o cümlədən nikah haqqında şəhadətnamələrində Ağdam rayonunda qalmışdır. X2 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Nikah haqqında şəhadətnaməni təkrar almaq üçün aidiyyatı orqanlara müraciət etsə də onun müracətindən imtina edilmişdir. Ona görə ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində nikahları haqqında akt qeydi aşkar edilməmişdir. Həmin faktı başqa cür müəyyən edlməsi mümkün deyildir. Ona görə də ərizəçi məhkəmədən onunla X2 arasında nikah qeyd edilmə faktının müəyyən edlməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə X1 və X3 şahid kimi eyni məzmunda ifadə verərək bildirdilər ki, onlar ərizəçi ilə qohumdurlar. Həqiqətən də Ərizəçi X2 ilə 1979-cu il noyabr ayında evlənmişlər. Onların birgə nikahlarından Əkbərov Urfan, Əkbərova Aygün və Əkbərov Rövşən adlı uşaqları var. Onlar 1993-cü il tarxdə Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal edildikdən sonra Ağdamı tərk etmiş və bütün sənədləri Ağdam rayonunda qalmışdır. X2 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Maraqlı şəxs Mingəçevir şəhəriQeydiyyat şöbəsi məhkəmə iclası yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı ******* saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. İş materiallarında olan Vİİİ-JQ seriyalı 439148 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 qızının birgə nikahından xx.xx.1980ci il təvəllüdlü X4 adlı uşaqları var. İş materiallarında olan Vİİİ-JQ seriyalı 388973 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 qızının birgə nikahından xx.xx.1982ci il təvəllüdlü X5 adlı uşaqları var. İş materiallarında olan Vİİİ-JQ seriyalı 330333 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 qızının birgə nikahından xx.xx.1986cı il təvəllüdlü X6 adlı uşaqları var. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, mərhum X2 ərizəçinin həyat yoldaşı olmuşdur. Ərizəçi 1979-cu il noyabr ayında X2 ilə evlənmiş və nikahlarını Ağdam rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Nikahdan sonra X2 ounun soyadımı götürmüşdür. Onların birgə nikahlarından Əkbərov Urfan, Əkbərova Aygün və Əkbərov Rövşən adlı uşaqları doğulmuşdur. 1993-cü il tarxdə Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal edildikdən sonra onlar Ağdamı tərk etmiş və bütün sənədləri, o cümlədən nikah haqqında şəhadətnamələrində Ağdam rayonunda qalmışdır. X2 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Nikah haqqında şəhadətnaməni təkrar almaq üçün ərizəçi aidiyyatı orqanlara müraciət etsə də onun müracətindən imtina edilmişdir. Ona görə ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində nikahları haqqında akt qeydi aşkar edilməmişdir. Həmin faktı başqa cür müəyyən edlməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə X2 arasında 1979-cu ilin noyabr ayında Ağdam rayonu VVADQ şöbəsində nikahın qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar