Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-213/2021 16.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, ərizəçi: Ərizəçi «doğum faktının müəyyən edilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxx 2005-ci il təvəllüdlü oğlu Camalın Mingəçevir şəhərində doğulması faktının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamənin ata qrafasında Ərizəçi, ana qrafasında X2 adının qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilmiş, Maraqlı şəxs rəisi Sevinc Hüseynova ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə baxışında nümayəndənin iştirak edə bilməyəcəyini, işə onların iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, 2003-cü ildə Təranə Cabbarova ilə ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşayışdan xx xxxxx 2005-ci ildə Camal, xx xxxx 2007ci ildə Fatimə adlı övladları olmuşdur. 2013-cü ildə ailə münasibətləri pozulduğundan T.Cabbarova ilə ayrılmışlar. Həmin vaxt Təranə qızı Fatiməni götürüb getmişdir. xx xxxxx 2005-ci il təvəllüdlü oğlu Camal həmin vaxtdan onunla birlikdə yaşayır. Camal xəstəxana şəraitində doğulsu da, ona doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda oğlu Camalın doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək. Artıq Camalın 16 yaşı var. Oğlunun doğum faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Doğum haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs qeydiyyat informasiya sistemində doğumun qeydə alınması müəyyən olunmamışdır. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də oğlu Camalın xx xxxxx 2005-ci ildə Mingəçevir şəhərində doğulması faktının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamənin ata qrafasında Ərizəçi, ana qrafasında X2 adının qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mövsümov Teymur Kamandar oğlu izahatında göstərmişdir ki, ərizəçi onun arvadının qardaşıdır. Ruslan 2003-cü ildə öz qohumu Təranə Cabbarova ilə el adəti ilə ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların xx xxxxx 2005-ci il təvəllüdlü Camal və xx xxxx 2007ci il təvəllüdlü Fatimə adlı övladları var. Ailə münasibətləri pozulduğu üçün Ruslan Təranə ilə 2013-cü ildə ayrılmışdır. Həmin vaxtdan ərizəçi oğlu Camalla birlikdə yaşayır. Lakin Camalın doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun sənədlərində problem yaranmışdır. Həqiqətən də Camal xx xxxxx 2005-ci ildə doğulmuşdur. Atası Ərizəçi, anası Təranə Cabbarovadır. X8 Möhübbət oğlu da məhkəmə iclasında oxşar məzmunlu izahat verərək şahid Mövsümov Teymur Kamandar oğlunun izahatındakı xüsusatları təsdiq etmişdir. İşə əlavə olunmuş AZS-103 saylı doğum haqqında tibbi şəhadətnamədən görünür ki, X6 xx xxxxx 2005-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. İşə əlavə olunmuş Maraqlı şəxs xx xxxxx 2020-ci il tarixli, 05/9-80/15 saylı məktubundan görünür ki, xx.xx.2005-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxs «Vətəndaşlıq Vəziyyəti aktları» X1 Sistemində Ərizəçi uşağının doğumunun qeydə alınması müəyyən olunmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Ərizəçi təqdim etdiyi doğum haqqında tibbi şəhadətnamədən X4 xx xxxxx 2005-ci ildə Mingəçevir şəhərində anadan olduğu müəyyən olunur. Məhkəmə, sadalanan sübutları müqayisəli şəkildə tədqiq edib, məcmu halda qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olduğuna dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. X4 xx xxxxx 2005-ci ildə Mingəçevir şəhərində anadan olması faktı müəyyən edilmiş hesab olunsun. Doğum haqqında şəhadətnamənin ata qrafasında Ərizəçi, ana qrafasında X2 adı qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-213/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-213/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver