Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2132/2022 02.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçilər Ərizəçi1 və Səmədova X3 iştirakı ilə, «Mirasın bütöv şəkildə qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum anası X8 miras qalmış "xxxx" ASC-də olan ümumi sayı 193 ədəd səhmi, 0,1644 faiz həcmindəki Səhmin miras əmlakın bütöv şəkildə yalnız onlar tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi1 məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onlar yəni ərizəçilər bir bacı və bir qardaşdır. X5 xx.xx.2021-ci il tarixdə, anaları X17 isə xx.xx.2021-ci il tarixdə vəfayt etmişlər. X1 Mübarək-ASC-ə məxsuys xx.xx.2011-ci il tarixlə X16 Reyestrində cədvəl üzrə 13 sayla qeydiyyatdan keçmiş 0,1644 faiz nisbəti olmaqla səhjm şəklində miras pay qalmışdır. Həmin səhmin ümumi miqdarı 193, faiz nixbəti isə 0,1644-dür. Onlar analarının vərəsəsi kimi həmin payın onların adına keçirilməsini istəyirlər. X2 məxsus səhmin olması X19 Reyestri adlı sənədində göstəriciləri Vİİİ-JQ-629243 kimi göstərilmişdir. Onlar miras əmlakın qəbulu üçün notariat kontoruna müraciət etmiş lakin onlara məhkəməyə müraciət etməsi tövsüyyə edilmişdir. Onlarda qalan digər əmlakları qəbul etmişlər. Müddəti ötürməmişlər. Bu əmlaklar üzrə isə mirası üç ay müddətində qəbul etməli olduğu halda gecikdirmişlər. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də mərhum anası X8 miras qalmış "xxxx" ASC-də olan ümumi sayı 193 ədəd səhmi, 0,1644 faiz həcmindəki Səhmin miras əmlakın bütöv şəkildə yalnız onlar tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər Ərizəçi2 da ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə edilmiş 8 saylı MİS-in xx.xx.2022-ci il tarixli 587 saylı arayışından görünür ki, Səmədova X12 şəhəri Ş.İ.Xətai küçəsi ev 3a, mənzil 24 ünvanda yaşayır. İşə əlavə edilmiş MKT İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli 806 saylı arayışından görünür ki, Həsənov X7 şəhəri C.Məmmədquluzadə küçəsi ev 28/15 evdə yaşayır. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhdətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 və X17 arasındakı nikah 28 fevral 1981-ci ildə Mingəçevir şəhər VVAQ-da 75 nömrə ilə qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin notrial qaydada təsdiq edilmiş surətindən görünürki, xx.xx.1986-cı ildə doğulmuş Ərizəçi1 valideyinləri X24 və X13r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin notrial qaydada təsdiq edilmiş surətindən görünürki, xx.xx.1987-cı ildə doğulmuş X14 valideyinləri X24 və X13r. İşə əlavə olunmuş ölüm haqqında şəhdətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhdətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, ərizəçilər Ərizəçi1 və Səmədova X6 mərhum X11 övladlarıdır. X17 vəfat etmiş və onun birinci növbə vərəsələri isə övladları X25, övladları Ərizəçi1 və Səmədova X4r. Ona görədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbi təmin olunmalı və anaları X8 miras qalmış "xxxx" ASC-də olan ümumi sayı 193 ədəd səhmi, 0,1644 faiz həcmindəki Səhmlərin miras əmlak kimi yalnı onlar tərəfindən qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi1 və Ərizəçi2 mərhum anası X8 miras qalmış "xxxx" ASC-də olan ümumi sayı 193 ədəd səhmi, 0,1644 faiz həcmindəki Səhmin miras əmlak kimi bütöv şəkildə yalnız Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-2132/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2132/2022
02.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver