Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2137/2021 07.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi Ərizəçi nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Ərizəçi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 26.07.1991-ci il tarixli 363 saylı qərarı ilə verilmiş 002073 saylı orderin atası X2 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsin atası X4 1955-ci il tarixdə doğulmuş və 12.09.2019-cu il tarixdə rəhmətə getmişdir. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 26.07.1991- ci il tarixli 363 N°-li qərarı ilə Mingəçevir şəhəri, M.Hüseyn küçəsi, 7 saylı evin, 20a saylı mənzilə dair atası X1 adına 002073 saylı Order verilmişdir. Təmsil etdiyi şəxsin atasının adı Ramis olduğu halda, həmin Orderdə səhvən “Ramiz” kimi qeyd olunmuşdur. Təmsil etdiyi şəxsin atasına məxsus bütün sənədlərdə adı Ramis kimi qeyd edilmiş, lakin sözügedən ordedə səhvən “Ramiz” kimi yazılmışdır. Təmsil etdiyi şəxsin atası 12.09.2019-cu il tarixdə vəfat etmişdir. Ondan həmin mənzil miras qalmışdır. Hazırda o, həmin mənzili özəlləşdirib öz adına çıxarış almaq istəyir. Lakin orderdə atasının adı səhv qeyd olunduğundan, bu hüququndan istifadə edə bilmir. Bununla belə təmsil etdiyi şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayonu 17 saylı Ərazi İdarəsinə müraciət etmiş və həmin orqan isə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hesab edir ki, orderin təmsil etdiyi şəxsin atasına məxsus olması faktı müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, atası X4 və anası X6 olmaqla xx.xx.1983-cü il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 12.09.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan 002073 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 Mingəçevir şəhəri, M.Hüseyn küçəsindəki 7 nömrəli evin 20 a nömrəli mənzilində yaşayış hüququ verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli **********97 saylı məktubundan görünür ki, mənzilə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin mərhum atasına Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 26.07.1991- ci il tarixli 363 N°-li qərarı ilə Mingəçevir şəhəri M.Hüseyn küçəsi 7 saylı evin, 20 a nömrəli mənzili 002073 saylı Order əsasında verilmişdir. Lakin həmin sənəddə mərhum X1 adı səhvən “Ramiz” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 26.07.1991- ci il tarixli 363 N°-li qərarı ilə verilmiş Mingəçevir şəhəri M.Hüseyn küçəsi, 7 saylı evin, 20a nömrəli mənzilinə dair 002073 saylı order mərhum X2 məxsusdur, həmin sənəddə yazılmış “X5” adı “X4” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən mənzilə dair çıxarış alması üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş 002073 saylı Order hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş 002073 saylı Orderın mərhum atası, yəni X2 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. Mingəçevir şəhəri M.Hüseyn küçəsi, 7 saylı evin, 20a nömrəli mənzilinə dair Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 26.07.1991- ci il tarixli 363 nömrəli qərarı ilə verilmiş, 002073 nömrəli Orderin mərhum X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2137/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2137/2021
07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver