Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2139/2021 21.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı Cavabdeh1 ilə birgə nikah müddətində əldə edilmiş ** BG *** nömrəli dövlət nişanlı 2011-ci il buraxılışlı, HUNDAİ “ELANTRA” minik avtomobilinin dəyərinin ½ hissəsinin iddiaçıya və Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvandakı mənzilə iddiaçının istifadə hüququnun tanınması haqda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Beləki İddia ərizəsində HUNDAİ “ELANTRA” minik avtomobilinin dəyərinin ½ hissəsinin alınıb verilməsini tələb etsədə, avtomobilin dəyərinin müəyyən edilməsi ilə bağlı heç bir sübut və mütəxssis rəyi iddia ərizəsinə əlavə edilməmişdir. İş materiallarındadnda görünür ki, iddia tələbi qiymətləndirilən iddiadır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 149-cu maddəsinin tələbinə əsasən iddia predmetinin qiyməti barədə sənədlər iddia ərizəsinə əlavə edilməlidir və bu sübutları təqdim etmək iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, iddia predmetinin qiymətinin müəyyən edilməsi dövlət rüsumunun məbləğini də müəyyən edir. İş materiallarından göründüyü kimi avtomobilinin dəyəri barədə sübutlar iddia ərizəsinə əlavə edilmədiyinə görə tələb üzrə dövlət rüsumnunun məbləğini müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1 və 112.2-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə və əmlakın tələb edilməsi haqqındakı iddialarda isə tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi, iddia ərizəsinin forma və məzmununa riayyət edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-2139/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2139/2021
21.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver