Məhkəmə qərarları › İş №2(051)-2142/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2142/2021

13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2142/2021 13.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, «Mirasın qəbul edilməsi faktın müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.0524 ha torpaq sahəsinin və Mingəçevir şəhər TRM zavodu ətrafı “Azərkabel” zavodu “Arzu” bağçılıq yoldaşlığında yerləşən 0.06 ha torpaq sahəsinin yalnız onun, yəni Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi iddia ərizəsini belə əsaslandırmışdır ki, məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən 0.0524 ha torpaq sahəsi mərhum X1nun mülkiyyətində olmuşdur. Eyni zamanda da Mingəçevir şəhəri TRM zavodu ətrafı “Azərkabel” zavodu “Arzu” bağçılıq yoldaşlığında yerləşən 6 ha torpaq sahəsi mərhum anası X5 məxsus olmuşdur. X1 23 sentyabr 2011-ci ildə, anası X6 isə 07 iyun 2019-cu ildə rəhmətə getmişlər. Onlar ailədə 2 qardaş 1 bacı olmaqla 3 uşaq olmuşlar. Bundan sonra o, bacısı Xalidə Saadova və qardaşı Çingiz İbrahimov ilə aralarında razılığa gələrək notariat kontoruna müraciət etdilər və atasından və anasından miras qalmış əmlakları başqa qaydada əldə edə bilmir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli oldu. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən ünvan 1 ünvanda yerləşən 0.0524 ha torpaq sahəsinin və Mingəçevir şəhər TRM zavodu ətrafı “Azərkabel” zavodu “Arzu” bağçılıq yoldaşlığında yerləşən 0.06 ha torpaq sahəsinin yalnız onun, yəni Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrdən görünür ki, X8 23.09.2011-ci il tarixdə və X6 07.06.2019-cu il tarixdə ölmüşlər. İşə əlavə olunmuş Notarial qaydada təsdiq olunmuş X9, X11 və X10 tərəfindən yazılmış ərizələrdən görünür ki, ataları X8 23.09.2011-ci ildə vəfat edib. Ondan miras əmlak qalmışdır. Onlar həmin mirası qəbul etməmişdir və etməyəcək. Onlara miras qalan əmlakdan pay istəmirlər və gələcəkdə bu barədə iddia qaldırmayacaqlar. Digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. İşə əlavə olunmuş DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0524 ha torpaq sahəsi X4 tam və xüsusi mülkiyyətindədir. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində "xxxx" MMC tərəfindən verilmiş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının pasportundan görünür ki, X3 istifadəsində TRM zavodu ətrafı Azərkabel zavodunun “Arzu” bağçılıq yoldaşlığında 600 kv.m payı vardır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elxan Hüseynov 16 iyul 2021-ci il tarixli 1268 saylı məktubundan görünür ki, “Sizin tərəfinizdən mirasın qəbul təsdiq edən hər hansı fakt təqdim edilməmişdir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X8 və X3 oğludur. X8 və X6 vəfat etmiş və onların vərəsələri övladlarıdır. Ərizəçi başqa qalan övladları miras paylarından imtina etmişlər. Ona görə də Ərizəçi ərizəsi təmin olunmalı, X8 və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0524 ha torpaq sahəsini və Mingəçevir şəhər TRM zavodu ətrafı “Azərkabel” zavodu “Arzu” bağçılıq yoldaşlığında yerləşən 0.06 ha torpaq sahəsini miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. İddia tələbi əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi hissəsində baxılmamış saxlanmalıdır. Belə ki məhkəmə qeyd edir ki, mirasın faktiki qəbul edilməsini müəyyən edən məhkəmə qətnaməsi həmin şəxsə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsinin məhkəmədən kənar imkanını ərizəçi itirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddia tələbi əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi hissəsində baxılmamış saxlanmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçi mərhum valideynləri X8 və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0524 ha torpaq sahəsini və Mingəçevir şəhər TRM zavodu ətrafı “Azərkabel” zavodu “Arzu” bağçılıq yoldaşlığında yerləşən 0.06 ha torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. İddia tələbi əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi hissəsində baxılmamış saxlansın. Miras əmlakın qəbul edilməsi faktı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar