Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2147/2021 25.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə, MÜƏYYƏN ETDİ : 16.05.2019-cu il tarixdə vəfat etmiş İddiaçı1 həyat yoldaşı X1 verilən Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 8, mənzil 36-da yerləşən evin onların övladları İddiaçı2 və İddiaçı3 düşən miras payının İddiaçı1 adına özəlləşdirilməsinə dair İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədə iddia qaldıraraq qətnamə çıxarılmasını xahiş etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçılar analoji tələblərlə məhkəməyə bir neçə dəfə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 03.03.2021-ci il tarixli 2(051)- 690/2021 saylı, 13.04.2021-ci il tarixli 2(051)-909/2021 saylı , 06.10.2021-ci il tarixli 2(051)-2076/2021 saylı qərardadlarıilə ərizələrinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilərək iddiaçılara Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmək hüququnun olması izah edilsə də, onlar, bu dəfə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs kimi qeyd etməklə, yenidən analoji tələblə məhkəməyə müraciət etmişlər. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı iddia icraatı qaydasında məhkəməyə müraciət etsə də, iddia ərizəsində iddiaya cavab verməli olan şəxsi göstərməmiş, yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində göstərmişdir. Göründüyü kimi iddia ərizəsi nə iddia icraatı, nə də xüsusi icraat qaydasında baxılmalı işlər üzrə ərizənin formasına uyğun tərtib edilməmişdir. Bundan başqa, iddia ərizəsində göstərilən tələb nə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə, nə də iddia icraatı qaydasında mübahisənin həll edilməsinə yönəlməmişdir. Belə olan halda iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyildir. Belə ki, iddiaçılar 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, həmin orqan isə mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ərizə və ona əlavə edilməli olan səndələrin 17 saylı Mingəçevir şəhər şöbəsinə təqdim edilməsi bildirilmişdir. Bununla belə İddiaçı1 yenə də qeyd olunan mənzilin qızları İddiaçı2 və İddiaçı3 düşən miras payının onun adına özəlləşdirilməsini məhkəmədən xahiş etmiş, halbuki, bununla bağlı ərizəçi ilk növbədə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə bir daha izah edir ki, iddiaçılar hazırkı tələblə bağlı İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə tələb olunan sənədləri təqdim edib müraciət etmək, inzibati orqan tələbi təmin etməkdən imtina etdiyi halda, həmin inzibati aktdan aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılarin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: 16.05.2019-cu il tarixdə vəfat etmiş İddiaçı1 həyat yoldaşı X1 verilən Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 8, mənzil 36-da yerləşən evin onların övladları İddiaçı2 və İddiaçı3 düşən miras payının İddiaçı1 adına özəlləşdirilməsinə dair İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçılara, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2147/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2147/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver