Məhkəmə qərarları › İş №2(051)-22/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-22/2022

02.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-22/2022 02.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «məzuniyyət pulunun ödənilməsi tələbinə» dair iddia mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxarar, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı «məzuniyyət pulunun ödənilməsi tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə icraata qəbul olunmuş və iş üzrə posessual hərəkətlər edildikdən sonra işin məhkəmə baxışı 18 iyun 2019-cu il tarixə təyin edilmişdlir. Məhkəmə baxaşanda İddiaçı nümayəndəsi bildirdi ki, İddiaçı Cavabdehnə qarşı «işə bərpa tələbinə» dair iddia üzrə məhkəmə qətnaməsindən apellyasiya verilmiş iş hal-hazırda Bakı Apellyasiyaməhkəmənin icraatındadır. Ona görə də həmin işə baxılıb həll edələnədək dayandırılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti təmin edərək iş üzrə icraatı dayandırmışdır. Məhkəmə 18 noyabr 2022-ci il tarixdə öz təşəbbüsü ilə icraatı təzələmiş və məhkəmə iclasını 02 dekabr 2022-ci il tarixə saat 11.10-a təyin etmiş, bu barədə tərəflər rəsmi qaydada məlumatlandırılmışlar. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasına xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar hər hansı səbəb göstərmədən məhkəməyə gəlməmiş və ya gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tərəflərin iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı «məzuniyyət pulunun ödənilməsi tələbinə» dair ərzəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar