Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2216/2023 11.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun yəni İddiaçı azyaşlı xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı ilə birlikdə bərabər Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı dünyaya gəlmişdir. Bir neçə ay əvvəl Cavabdehla münasibətləri pozulmuş və nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. 11.2021-ci il təvəllüdlü Məsud adlı uşaq onun yanında qalmışdır. Cavabdehlə ayrılsalar da onun və qızının yaşamağa başqa bir yeri yoxdur. Övladı həmin mənzildə anadan olmuş və həmin mənzildə qeydiyyatdadır. Lakin ailə münasibətlərində yaranmış münasibətlər nəticəsində sözügedən mənzildən lazımi qaydada istifadə edə bilmir. Övladı ilə birlikdə yaşadıqları mənzildən ayrı düşməyi onlara problemlər yaradır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən mənzil onun əri olan Cavabdeh adınadır. Qanunvericiliyin tələbindən də bilindiyi kimi onun və övladının sözügedən mənzildən istifadə hüququ vardır. Odur ki, məhkəmədən onun azyaşlı xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı ilə birlikdə bərabər Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə nikahlarını xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı dünyaya gəlmişdir. Bir neçə ay əvvəl Cavabdehla münasibətləri pozulmuş və məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Göstərilən mənzil onun xüsusi mülkiyyətindədir. İddiaçının göstərilən mənzilə heç bir istifadə hüququ yoxdur və iddiaçının həmin mənzilə köçürülməsinə razı deyildir. İddianın rədd olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqınd daşınmaz əmlakın dövlət reyetrindən çıxarışdan da görünür ki, bu mənzil Cavabdeh xüsusi mülkiyyətinə verilmiş və dövlət qeydiyyatına alınmışdır. Bütün bunları nəzərə alaraq, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəməyə təqdim olunmuş DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Sahil küçəsi 91 saylı ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə, təqdim olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən obyektiv, hərtərəfli və tam baxaraq, tərəflər arasında olan münasibətlərə tətbiq olunan hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqınd daşınmaz əmlakın dövlət reyetrindən çıxarışdan da görünür ki, bu mənzil cavabdehin mülkiyyətinə verilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçının tələbinin hüquqi əsası yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin 2021-ci il tarixdə gəlin köçdüyü mənzilin mülkiyyətçisi ilə notariat qaydasında yazılı razılaşma bağlamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmçinin o, mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun keçmiş ailə üzvü kimi mübahisəli mənzildən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır. Bununlada iddiaçının mənzilə hər hansı hüququ olması məhkəmə iclasında öz təstiqini tapmamışdır. Məhkəmə mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını daha üstün hüquq kimi tanıyaraq iddiaçının tələbinin heç bir hüquqi əsasının olmaması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı evi mülkiyyət hüququ əsasında Cavabdehnın adına xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən cavabdehə məxsus olmuş sözü gedən əmlak Daşınmaz Əmlakın Dövlət Reyetrindən verilmiş Çıxarış ilə cavabdehin mülkiyyətindədir. Məhkəmə mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını daha üstün hüquq kimi tanıyaraq iddiaçının tələbinin əsassız olması qənaətindədir. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının mübahisəli miübahisəli mənzildən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olubolmamasının müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq münasibətləri 2021-ci il tarixdən yaranmış, həmin vaxt iddiaçı cavabdehə məxsus Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı evə gəlin köçmüş. İddiaçı ilə cavabdeh arasındakı mübahisə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2009-cu ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisədir. Ona görə də hazırkı mübahisə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2009-c ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisə olduğundan, tərəflər arasında yaranmış münasibətlərə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın, həmçinin iddiaçının onun ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehin mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh ilə evlənəndən sonra Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı evə gəlin köçmüş, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı evi Cavabdehnın mülkiyyətindədir. Belə ki, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı evi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alınmışdır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə hazırkı vəziyyətdə iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olub olmamasını məsələsinin müəyyən edilməsini də mübahisənin qanuni həll edilməsi baxımından zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, həmçinin ərin əmək qabiliyyətli arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdehnın keçmiş arvadıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin arvadı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçisinin, arasında mövcud olmuş ailə münasibətləri faktiki pozulduğundan, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 2021-ci il tarixdə gəlin köçdüyü mənzilin mülkiyyətçisi ilə notariat qaydasında yazılı razılaşma bağlamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmçinin o, mübahisəli mənzilin mülkiyyətçisi ilə artıq ailə üzvü olmadığından, onun keçmiş ailə üzvü kimi mübahisəli mənzildən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2–ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edlməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-2216/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2216/2023
11.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver