Məhkəmə qərarları › İş №2(051)-222/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-222/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-222/2021 04.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, iddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh: Cavabdeh qarşı kredit müqaviləsinə əsasən yaranmış borcun qaytarılması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələbinə dair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinə əsasən yaranmış borcun qaytarılması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2800 (iki min səkkiz yüz manat) manat, faiz borcuna görə 512,53 (beş yüz on iki manat, əlli üç qəpik) manat olmaqla, borcun cəmi məbləği 3312,53 (üç min üç yüz on iki manat əlli üç qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınması, tələbin girov qoyulmuş qızıl–zinət əşyalarına yönəldilməsi, girov predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Natavan Məmmədova məhkəməyə teleqram göndərərək iddia tələbini müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 2800 manat məbləğində cavabdehə kredit verilmişdir, (kredit müqaviləsinin 1.1 -ci bəndi). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adları çəkilən qızıl-zinət əşyaları girov qoyulmuşdur: Sep- 6 ədəd, çəkisi- 24,3 qr., əyarı- 585; Braslet-4 ədəd, çəkisi-8,8 qr., əyarı-585; Üzük-5 ədəd, çəkisi-14 qr., əyarı-583; Klon-2 ədəd, çəkisi-3,8 qr., əyarı-583; Üzük-2 ədəd, çəkisi-10,9 qr., əyarı-750; Qırıntı qızıllar-1 ədəd, çəkisi-4 qr., əyarı-583. xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər aym 21-dən gec olmayaraq ayda 156,56 (yüz əlli altı manat əlli altı qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtmda və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1 -ci maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. xx xxxxxxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 2800 (iki min səkkiz yüz manat) manat, faiz borcuna görə 512,53 (beş yüz on iki manat, əlli üç qəpik) manat olmaqla, borcun cəmi məbləği 3312,53 (üç min üç yüz on iki manat əlli üç qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2020- ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə əsas borca görə 2800 (iki min səkkiz yüz manat) manat, faiz borcuna görə 512,53 (beş yüz on iki manat, əlli üç qəpik) manat olmaqla, borcun cəmi məbləği 3312,53 (üç min üç yüz on iki manat əlli üç qəpik) manat pul tutulmalıdır və tələblər girov predmetinə yönəldilməlidir. Ona görə də, Cavabdeh xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2800 (iki min səkkiz yüz manat) manat, faiz borcuna görə 512,53 (beş yüz on iki manat, əlli üç qəpik) manat olmaqla, borcun cəmi məbləği 3312,53 (üç min üç yüz on iki manat əlli üç qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına; Tələblərin xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi, Sep- 6 ədəd, çəkisi- 24,3 qr., əyarı- 585; Braslet-4 ədəd, çəkisi-8,8 qr., əyarı-585; Üzük-5 ədəd, çəkisi-14 qr., əyarı-583; Klon-2 ədəd, çəkisi-3,8 qr., əyarı-583; Üzük-2 ədəd, çəkisi-10,9 qr., əyarı-750; Qırıntı qızıllar-1 ədəd, çəkisi-4 qr., əyarı-583. Həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsi üzrə cəmi 3312,53 (üç min üç yüz on iki manat əlli üç qəpik) manat borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı ASC ilə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlayaraq, illik 30% dərəcəsi ilə 24 ay müddətinə ödəmək şərtilə 2800 manat məbləğdə kredit götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair aktından görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC–nin xeyrinə girov qoyulmuş Sep- 6 ədəd, çəkisi- 24,3 qr., əyarı- 585 qiyməti 1602,1 manat; Braslet-4 ədəd, çəkisi-8,8 qr., əyarı-585, qiyməti 580,18 manat; Üzük-5 ədəd, çəkisi-14 qr., əyarı-583, qiyməti 923,02 manat; Klon-2 ədəd, çəkisi-3,8 qr., əyarı- 583, qiyməti 250,53 manat; Üzük-2 ədəd, çəkisi-10,9 qr., əyarı-750, qiyməti 920,51 manat; Qırıntı qızıllar-1 ədəd, çəkisi-4 qr., əyarı-583, qiyməti 263,72 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2800 (iki min səkkiz yüz manat) manat, faiz borcuna görə 512,53 (beş yüz on iki manat, əlli üç qəpik) manat olmaqla, borcun cəmi məbləği 3312,53 (üç min üç yüz on iki manat əlli üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə verilsin. Tələb xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilsin, Sep- 6 ədəd, çəkisi- 24,3 qr., əyarı- 585; Braslet-4 ədəd, çəkisi-8,8 qr., əyarı-585; Üzük-5 ədəd, çəkisi- 14 qr., əyarı-583; Klon-2 ədəd, çəkisi-3,8 qr., əyarı-583; Üzük-2 ədəd, çəkisi-10,9 qr., əyarı-750; Qırıntı qızıllar-1 ədəd, çəkisi-4 qr., əyarı-583 olan qızıl-zinət əşyaları açıq hərracda satılsın. Əldə edilmiş vəsait xx.xx.2020-ci il tarixli GNLMB-9136 saylı kredit müqaviləsi üzrə cəmi 3312,53 (üç min üç yüz on iki manat əlli üç qəpik) manat borcun ödənilməsinə yetərli olmadığı halda qalan borc Cavabdeh tutulsun. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul cavabdehdən tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar