Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-222/2023 27.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi,vəkil X1, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış sahəsinə payların müəyyən ediməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış sahəsinə payların müəyyən edilməsi, paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək yaşayış sahəsinə payların müəyyən ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,vəkil X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı anası, Cavabdeh3 bacısı və Cavabdeh2 isə qardaşıdır. Maraqlı şəxs iddiaçının atasdır. Mübahisəli mənzil 3 otaqdan ibarətdir və atası Maraqlı şəxs mülkiyyətində olmuşdur. İddiaçının anası Cavabdeh1 iddiası əsasında Mingəçevir şəhər məhkəməsində mülki işə baxılaraq həmin mənzilin bölgüsünü aparmış və mənzilin iki otaqlarının iddiaçıya, anası Cavabdeh1, həmçinin Cavabdeh3 və Cavabdeh2, yaşayış sahəsi 11,14 kvm. olan bir otaqın isə Maraqlı şəxs verilməsi barədə xx.xx.2002-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra həmin mənzilə görə iddiaçıya Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Flüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında **********45-**********4 reyestr nömrəli Çıxarış verilmişdir. Çıxarışda mənzilin yaşayış sahəsi 11,3 kvm. olan 1 otaq (tam), 18.2 kvm. köməkçi sahə (ümumi birgə) Maraqlı şəxs, yaşayış sahəsi 34,3 kvm. olan 2 otaq və 18.2 kvm. köməkçi sahə (ümumi birgə) isə 4 nəfərin, yəni iddiaçının , cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hüquq sahibləri olduğu göstərilmişdir. Beləliklə, sahəsi 34.3 kvm olan 2 otaqda 4 nəfərin yaşamaq və istifadə etmək hüquqları olsa da, nəzərə alaraq ki, hüquq sahibi olan həmin şəxslərin hər birinin ailəsi, uşaqları vardır, belə bir vəziyyətdə bir yerdə yaşamaq çox çətinlik yaradır və demək olar ki, mümkün deyildir. Mənzilin 34,3 kvm. sahəsi 4 nəfərə verilsə də payları müəyyən edilməmişdir. Ona görə də Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №-li evin 15-ci mənzilinin 34,3 kvm olan yaşayış sahəsində İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №-li evin 15 №-li mənzili ona, keçmiş həyat yoldaşı Maraqlı şəxs və uşaqları İddiaçı, Cavabdeh2, Cavabdeh3 məxsus olmuşdur. Mənzil 3 otaqlı idi. Sonra həyat yoldaşı Maraqlı şəxsla münasdibətləri pozulmuş, ayrılmışlar. Bir yerdə yaşamaqları mümkün olmadığına görə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə həmin mənzilin 11,14 kvm sahəsi olan bir otağı Maraqlı şəxs, 34,3 kvm sahə olan iki otaq onun, uşaqları İddiaçı, Cavabdeh3 və Cavabdeh2 verilmişdir. Sonra məhkəmə qətnaməsinə əsasən həmin mənzilin 34,3 kvm sahəsi olan iki otağa dair ona, İddiaçı, X2 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırda mənzilin ümumi mülkiyyətçiləri bir mənzildə birlikdə yaşaya bilmilər. Ona görə də iddianı qəbul edir və hər birinin payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 da məhkəmə iclasında iddianı qəbul edərək Cavabdeh1 izahatına uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №-li evin 15 №-li mənzilin iki otağına onun da payı vardır. Lakin iddiaçı və digər cavabdehlər həmin mənzildə yaşamağa ona imkan vermirlər və mənzildən çıxarmışlar. O, mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə onun həmin mənzilə köçürülməsi barədə qərar vermişdir. Lakin iddiaçı və digər cavabdehlər məhkəmə qərarının icrasına, ona mənzilə köçüb orada yaşamağa imkan vermirlər. Bilir ki, hazırkı iddiada da məqsəd mənzilin satılmasıdır. O da mənzilin satılmasını deyil, mənzilə köçüb yaşamaq istəyr. Çünki onun başqa yaşayış sahəsi yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №-li evin 15 №-li mənzilinə Maraqlı şəxs yaşayış sahəsi 11.3 kvm olan 1 otaq(tam), 18.2 kvm köməkçi sahə (ümumi birgə), yaşayış sahəsi 34.3 kvm olan 2 otaq və 18.2 kvm köməkçi sahə ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 adına qeydə alınmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(051)-1112/2022 №-li qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququ tanınması və o, həmin mənzilə köçürülməsi qət edilmşdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №-li evin 15 №-li mənzilinin 34,3 kvm sahədən ibarət olan iki otağı iddiaçının və cavabdehlərin ümumi mülkiyyətindədir. Ümumi mülkiyyətdə olan otaqlardan birlikdə istifadə edə bilmədiklərinə görə iddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3 hər birinin payının müəyyən olumasını tələb edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İş materiallarından göründüyü kimi Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №-li evin 15 №-li mənzilinin 34.3-cü kvm sahəsi olan iki otağı dörd nəfərin-İddiaçı, cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətindədr. Mülkiyyətçi hesab olunan tərəflər paylarının müəyyən olunması ilə razılığa gələ bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №-li evin 15 №-li mənzilinin ümumi mülkiyyətində olan 34.3 kvm yaşayış sahəsinə iddiaçının və cavabdehlərin hər birinin dörddə bir hissədə payları müəyyən edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №-li evin 15 №-li mənzilinin 34,3 kvm yaşayış sahəsinə dörddə bir hissədə İddiaçı, dörddə bir hissədə Cavabdeh1, dörddə bir hissədə Cavabdeh2, dörddə bir hissədə Cavabdeh3 payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-222/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-222/2023
27.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver