Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-223/2021 15.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs X4 iştirakı ilə, doğum faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Axundova Sara Kamil qızı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxx 2019-cu ildə X7 ilə el adəti ilə toy edərək evlənmişlər. xx xxxx 2020-ci ildə nikahlarını Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2020-ci ildə Zeynəb adlı bir nəfər uşaqları olmuşdur. Ölkədə və dünyada baş verən koronovirus epidemiyası ilə bağlı hamilə vaxtı xəstəliyə tutulmaqdan ehtiyat edərək evdən çıxmamış, eləcə də doğuş ev şəraitində olmuşdur. Sonra onlar uşağın doğulması ilə bağlı “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 rəhbərliyinə müraciət edərək, uşağın ev şəraitində doğulması ilə bağlı müvafiq qaydada tibbi arayış verilməsni xahiş etmişlər. “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 rəhbərliyi onlara tibbi arayış verilməsindən imtina etmişdir. Sonra Maraqlı şəxsnə müraciət etmiş, müraciəti ilə bağlı ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdu. Uşaq ev şəraitində doğulduğuna görə doğumun qeyd edilmə faktının başqa yolla əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində olubdur. Ərizənin təmin olunmasını, X3 xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhərində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Doğum fatının müəyyən edilməsi uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs, Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Maraqlı şəxs X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2019-cu ilin aprel ayında Ərizəçi Kamil qızı ilə el adəti ilə toy edərək ailə qurmuşdur. Nikahlarını xx xxxx 2020-ci ildə bağlamışlar. Onların birgə nikahından Zeynəb adlı bir nəfər uşaqları olmuşdur. Zeynəb adlı uşağı ev şəraitində doğulmuşdur. Uşaq ev şəraitində doğulduğu, tibbi arayış olmadığı üçün Zeynəbə doğum haqqında şəhadətnamə ala bilməmişlər. X2 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun bacısı oğlu Bəhruz Məmmədovun həyat yoldaşıdır. Sara ilə Bəhruzun xx xxxxx 2019-cu ildə el adəti ilə toyları olmuş, nikahlarını 2020-ci ilin iyun ayında qeyd etdirmişlər. Onların xx xxxxxx 2020-ci ildə Zeynəb adlı bir uşaqları olmuşdur. Hamilə vaxtı, eləcə də doğuş vaxtı Sara koronovirus xəstəliyi ilə bağlı xəstəxanaya getməkdən ehtiyat etmişdir. Uşaq ev şəraitində doğulmuşdur. Həmin vaxt o və qonşu X8 yanında olmuşlar. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar, bir binada yaşayırlar. Sara ilə Bəhruz Məmmədovun xx xxxxx 2019-cu ildə el adəti ilə toyları olmuşdur. O da toyda iştirak etmişdir. Sonra Sara hamilə qalmışdır. Bilirdi ki, Sara ölkədə yaranmış koronovirus xəstəliyi ilə bağlı ehtiyat edərək xəstəxanaya müayinəyə getmirdi. Uşaq da ev şəraitində doğulmuşdur. Həmin vaxt yaxın qonşu kimi onu da Saranın yanına çağırmışlar. xx xxxxxx 2020-ci ildə Saranın ev şəraitində bir qız uşağı doğulmuşdur. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında olan nikah xx xxxx 2020-ci ildə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-454/15 №-li 25 sentyabr 2020-ci il tarixli arayışda göstərilir ki, xx.xx.2020-ci il tarixdə doğulmuş uşağın xx.xx.2020xx.xx.2020-ci illər üzrə Maraqlı şəxs “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və doğumun qeyd alınması müəyyən edilməmişdir. İşə əlavə olunmuş “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 ərizəçiyə cavab məktubunda göstərilir ki, hamiləliklə əlaqədar xəstəxananın ASM-nə müraciət etmədiyinə görə tibbi arayış verilməsi mümkün deyil. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsininin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onların biri tərəfindən verilir. Həmin Məcəllənin 167-ci maddəsinə əsasən doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Ərizəçi ilə X4 birgə nikahlarından xx xxxxxx 2020-ci il ildə Zeynəb adlı uşaqları ev şəraitində doğulmuşdur, qanunla müəyyən edilmiş müddətdə və eləcə də sonradan ona doğum haqqında sənəd alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçinin uşağının doğum faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi ilə X4 birgə nikahlarından olan Zeynəb adlı uşağın xx xxxxxx 2020-ci ildə Mingəçevir şəhərində anadan olması faktı müəyyən edilsin. Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-223/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-223/2021
15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver