Məhkəmə qərarları › İş №2(051)-2280/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2280/2023

06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2280/2023 06.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 04 aprel 2008-ci ildə vəfat etmiş X5 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx xxxxxx 1959-cu ildə X2 ilə X6 evliliyindən doğulmuşdur. Valideynlərinin ondan başqa övladları olmamışdır. X1 03 mart 1979-cu ildə, anası X9 04 aprel 2008-ci ildə vəfat etmişdir. Anasından ona işlədiyi müəssisədən verilmiş torpaq sahəsi miras qalmışdır. Hazırki müddətə qədər həmin torpaq onun sahibliyində və idarəçiliyindədir. Ancaq həmin vaxt torpaq sahəsinin çıxarışı olmadığından vərəsəlik işinin açılması mümkün olmamışdır. 01 avqust 2023-cü ildə ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə anası X6 mülkiyyət hüquqları ********** nömrə ilə qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciətinə Notariat Ofisi tərəfindən 08 avqust 2023-cü il tarixdə imtina verilmişdir. Ona görə də, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoru ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi X1, anası X7r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrdən görünür ki, X2 xx.xx.19979cu il tarixdə, X9 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Fuad Mirabovun xx.xx.2023-cü il tarixli 1627 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, xx xxxxxx 1959-cu ildə X2 ilə X6 evliliyindən doğulmuşdur. Valideynlərinin ondan başqa övladları olmamışdır. X1 03 mart 1979-cu ildə, anası X9 04 aprel 2008-ci ildə vəfat etmişdir. Anasından ona işlədiyi müəssisədən verilmiş torpaq sahəsi miras qalmışdır. Hazırki müddətə qədər həmin torpaq onun sahibliyində və idarəçiliyindədir. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və 04 aprel 2008-ci ildə vəfat etmiş X5 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi miras əmlak kimi yalnız onun tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar