Məhkəmə qərarları › İş №2(051)-2284/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2284/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2284/2021 24.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, İddiaçı cavabdeh Mingəçevir şəhər Regional “Asan Xidmət” Mərkəzinə qarşı miras əmlakın bütövlükdə qəbul edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq Müəyyən etdim: İddiaçı cavabdeh Mingəçevir şəhər Regional “Asan Xidmət” Mərkəzinə qarşı miras əmlakın bütövlükdə onun tərəfindən qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra İddiaçı məhkəməyə ərizə verərək ərizəsini icraata götürmədən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən ərizənin icraata götürmək haqqında qərardad çıxarılana qədər ərizənin qaytarılmasına dair ərizə daxil olduqda hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən İddiaçı ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub Qərara aldım: İddiaçı cavabdeh Mingəçevir şəhər Regional “Asan Xidmət” Mərkəzinə qarşı miras əmlakın bütövlükdə qəbul edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar