Məhkəmə qərarları › İş №2(051)-230/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-230/2021

04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-230/2021 04.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçinın iştirakı ilə, Ərizəçinın qarşı «miras qalmış əmlakın qəbul etmə faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, atası X3 miras qalmış Xanlar rayonu Qırıxlı kəndində yerləşən torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul etmə faktının, hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan Xidmət” X8 xüsusi notariusuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o, xx.xx.1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Mərhum atası X7 xx.xx.1992-ci ildə Xanlar rayonu Qırıxlı kəndində anadan olmuş və xx.xx.2014-cü ildə Mingəçevir şəhərində vəfat etmişdir. Atası ömrünün sonlarına kimi ünvan 1 mənzil 11 ünvanında yaşamışdır. Pay torpağı atasının adına mülkiyyəti təstiq edən qeydiyyat sənədi var. Torpağın bütün rüsum xərclərini o ödəyir.Torpaq sahəsi onun tərəfindən qəbul olunmuş və idarə olunur. Ailədə dörd uşaqdırlar. Bir bacısı və iki qardaşı mirasdan onun xeyrinə imtina etməyə razıdırlar. Bu barədə ərizə verilib və notarial təsdiq edilib. Onlar birinci növbə vərəsələrdir və onlardan başqa vərəsə yoxdur. O, artıq uzun müddətdir sözügedən mirası qəbul etmiş və əmlak onun tərəfindən idarə olunur.X16 müraciət etdikdə ona Mingəçevir Regional "Asan Xidmət" Mərkəzinin xüsusi notarisu məktubla "mirasın qəbulu faktı ilə əlaqədar " məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. atasından qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanı yoxdur .Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır .Mirasın qəbulu üçün müddət ötmüş lakin onun tərəfindən miras qəbul olunduğu üçün müddətin bərpası və miras əmlakın qəbulu mütləqdir. Buna görə də, məhkəməyə müraciət edərək, atası X3 miras qalmış Xanlar rayonu Qırıxlı kəndində yerləşən torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul etmə faktının, hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5, X4 və Əsgər Ruslan İsrafil oğlu eyniməzmunlu ifadə verərək göstərmişlər ki, ərizəçi onların qardaşıdır. Atalarından qalmış miras əmlakı ərizəçiyə verməyə razıdırlar. Ərizəçi faktiki olaraq neçə ildir ki, atalarından miras qalmış əmlaka sahiblik edir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Onun ölümü ölüm haqqında akt qeydləri kitabında 600 № ilə qeyd edilmişdir. İşdə olan X12, X4 və Əsgər Ruslan İsrafil oğlunun notariat qaydasında təsdiq olunmuş ərizələrindən görünür ki, onlar atalarından qalmış mirasdan imtina etmişlər. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X6 oğludur. X7 vəfat etmiş və onun 4 övladı vardır. X2 atalarından qalmış miras əmlakdan imtina etmişlər. Faktiki olaraq sözügedən miras əmlakı ərizəçi qəbul etmişdir. Ona görə də Ərizəçinın ərizə tələbi təmin olunmalı və atası X3 miras qalmış Xanlar rayonu Qırıxlı kəndində yerləşən torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul etmə faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. X1 miras qalmış Xanlar rayonu Qırıxlı kəndində yerləşən torpaq sahəsi Ərizəçi tərəfindən qəbul olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar