Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2306/2022 21.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Ərizəçilər: İsmayılova (Ərəbova) Anaxanım Aqif qızı, Camalova (Ərəbova)Ülviyyə Aqif qızı, Ərizəçi3, Ərizəçi4nın etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə İsmayılova (Ərəbova) Anaxanım Aqif qızı, Camalova (Ərəbova) Ülviyyə Aqif qızı, Ərizəçi3, Ərizəçi4nın miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İsmayılova(Ərəbova) Anaxanım Aqif qızı, Camalova(Ərəbova)Ülviyyə Aqif qızı, Ərizəçi3, Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anaları X2 miras qalmış Mübarək ASC-ə məxsus xx.xx.2011-ci il tarixli X8 Reyestrində cədvəl üzrə 4 sayla qeydiyyatdan keçmiş , ümumi miqdarı 193, faiz miqdarı 0,1644 olan səhm payının yalnız onlar tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi İsmayılova(Ərəbova) Anaxanım Aqif qızı, Camalova(Ərəbova)Ülviyyə Aqif qızı, Ərizəçi3, Ərizəçi4 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X7 onun anaları olmuşdur. X4 15 noyabr 2003-cü ildə və anaları Xalidə Ərəbova 11 iyul 2011-ci il tarixdə rəhmətə gedib. X10 Mübarək ASC-yə məxsus xx.xx.2011-ci il tarixli X8 Reyestrində cədvəl üzrə 4 saylı qeydiyyatdan keçmiş, ümumi miqdarı 193, faiz miqdarı 0,1644 olan səhm payı miras qalmışdır. Həmin pay X8 Reyestri adlı sənəddə Xİ-JQ-604416 kimi qeyd olunmuşdur. Həmin payı öz adlarına keçirmək istəyirlər. Sözügedən pay xaric digər miras əmlakın hamısını qəbul etmişlər və gecikməmişlər. Gecikdiyi üçün paya dair şəhadətnamə ala bilmir. Notariat Kontoruna müraciət etdikdə, ona Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onların analarından qalmış miras əmlakı qəbul etmək faktını başqa yolla müəyyən etmək imkanı yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclası zamanı ərizəçilər ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verdilər və ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxslər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-455/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1958-ci il tarixdə Bərdə rayonunun, Leninabad kəndində doğulmuş X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci il tarixədək aparılmış və xx.xx.1946-cı il tarixdə doğulmuş əri- X13, xx xxxxx 1981-ci il tarixdə doğulmuş oğlu- Ərizəçi3, xx xxxxxx 1978-ci il tarixdə doğulmuş qızı- İsmayılova (Ərəbova) Anaxanım Aqif qızı, xx xxxxxx 1979-cu il tarixdə doğulmuş qızı- Camalova (Ərəbova) Ülviyyə Aqif qızı, 19 avqust 1983-cü il tarixdə doğulmuş oğlu- Ərizəçi4 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, X3 X9 birgə nikahından xx xxxxx 1981-ci il tarixdə Ərizəçi3, xx xxxxxx 1978-ci il tarixdə İsmayılova(Ərəbova) Anaxanım Aqif qızı, xx xxxxxx 1979-cu il tarixdə Camalova(Ərəbova)Ülviyyə Aqif qızı, 19 avqust 1983-cü il tarixdə Ərizəçi4 adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 476183 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 022539 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2003-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1773 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan X8 Reyestrdən çıxarışdan görünür ki, Mübarək ASC-ə məxsus 4 sayla qeydiyyatdan keçmiş, ümumi miqdarı 193, faiz miqdarı 0,1644 olan səhm payı X5 məxsusdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, X2 ərizəçilər İsmayılova(Ərəbova) Anaxanım Aqif qızı, Camalova (Ərəbova) Ülviyyə Aqif qızı, Ərizəçi3, Ərizəçi4 Mübarək ASC-ə məxsus xx.xx.2011-ci il tarixli X8 Reyestrində cədvəl üzrə 4 sayla qeydiyyatdan keçmiş , ümumi miqdarı 193, faiz miqdarı 0,1644 olan səhm payı miras qalmışdır. Ərizəçilər həmin səhmi miras əmlak kimi faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mübarək ASC-ə məxsus xx.xx.2011-ci il tarixli X8 Reyestrində cədvəl üzrə 4 sayla qeydiyyatdan keçmiş , ümumi miqdarı 193, faiz miqdarı 0,1644 olan səhm payınin ərizəçi İsmayılova (Ərəbova) Anaxanım Aqif qızı, Camalova (Ərəbova) Ülviyyə Aqif qızı, Ərizəçi3, Ərizəçi4 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ərizəçi İsmayılova (Ərəbova) Anaxanım Aqif qızı, Camalova (Ərəbova) Ülviyyə Aqif qızı, Ərizəçi3, Ərizəçi4 X1 miras qalmış digər əmlaklardan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakları faktiki qəbul etmişlər. Bu səbəbdən həmin miras əmlak onların mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, Mübarək ASC-ə məxsus xx.xx.2011-ci il tarixli X8 Reyestrində cədvəl üzrə 4 sayla qeydiyyatdan keçmiş , ümumi miqdarı 193, faiz miqdarı 0,1644 olan səhm payının yalnız ərizəçilər İsmayılova (Ərəbova) Anaxanım Aqif qızı, Camalova (Ərəbova) Ülviyyə Aqif qızı, Ərizəçi3, Ərizəçi4 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2306/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2306/2022
21.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver