Məhkəmə qərarları › İş №2(051)-2324/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2324/2025

08.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2324/2025 08.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi » tяlяbinя даир mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi » tяlяbinя даир məhkəmədə iddia qaldıraraq, cavabdehin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinin tərkib hissəsindən 5000 (beş min) manat məbləğində kompensasiya verməklə cavabdehin istifadə hüququna xitam verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 150 manat məbləğində pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflər məhkəməyə könüllü mediyasiya prosesində bağlanmış barışıq sazişi təqdim edərək mübahisə üzrə razılığa gəldiklərini bildirmiş və barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. xx.xx.2026-cı il tarixdə tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir:

1. İddiaçı öz üzərinə öhdəlik götürür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, ev 4/1, mənzil 3 (№: 0001207, reyestr №: **********34-05101-093013, qeydiyyat №: **********, qeydiyyat tarixi: xx.xx.2009, ümumi sahəsi 49.6 kvm) ünvanından aidiyyatı quruma müraciət edərək qeydiyyatdan çıxmağı qarşılığında 5000 (beş min) manat kompensasiya ödəməyə könüllü olaraq razıdır.

2. Cavabdeh öz üzərinə öhdəlik götürür ki, 5000(beş min) manat kompensasiya qarşılığında qeydiyyatda olduğu Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, ev 4/1, mənzil 3 (№: 0001207, reyestr №: **********34-05101-093013, qeydiyyat №: **********, qeydiyyat tarixi: xx.xx.2009, ümumi sahəsi 49.6 kvm) ünvanından ən geci xx.xx.2026-cı il tarixinə kimi aidiyyatı quruma müraciət edərək könüllü olaraq qeydiyyatdan çıxacaq.

3. İddiaçı öz üzərinə öhdəlik götürür ki, sözügedən 5000(beş min) manat kompensasiya ödənişini ən geci xx.xx.2026-cı il tarixinə kimi X1 iştirakı ilə Təhvil-Təslim Aktına əsasən Cavabdeh nağd qaydada ödəniş edəcək. İddiaçı məhkəmə iclası zamanı ərizə təqdim edərək və barışıq sazişinin məzmununa uyğun izahat verərək, barışıq sazişində qeyd olunan şərtlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ərizə təqdim etdi və izahatında barışıq sazişi üzrə razılığa gəldiklərini göstərərək barışıq sazişində qeyd olunan şərtləri qəbul etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin ərizələrini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə barışıq yolu ilə həll edildiyindən, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MPM–in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5–ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi tərəflərin real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tяlяbinя даир iddiası üzrə tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. İddiaçı öz üzərinə öhdəlik götürür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, ev 4/1, mənzil 3 (№: 0001207, reyestr №: **********34-05101-093013, qeydiyyat №: **********, qeydiyyat tarixi: xx.xx.2009, ümumi sahəsi 49.6 kvm) ünvanından aidiyyatı quruma müraciət edərək qeydiyyatdan çıxmağı qarşılığında 5000(beş min) manat kompensasiya ödəməyə könüllü olaraq razıdır.

2. Cavabdeh öz üzərinə öhdəlik götürür ki, 5000(beş min) manat kompensasiya qarşılığında qeydiyyatda olduğu Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, ev 4/1, mənzil 3 (№: 0001207, reyestr №: **********34-05101-093013, qeydiyyat №: **********, qeydiyyat tarixi: xx.xx.2009, ümumi sahəsi 49.6 kvm) ünvanından ən geci xx.xx.2026-cı il tarixinə kimi aidiyyatı quruma müraciət edərək könüllü olaraq qeydiyyatdan çıxacaq.

3. İddiaçı öz üzərinə öhdəlik götürür ki, sözügedən 5000(beş min) manat kompensasiya ödənişini ən geci xx.xx.2026-cı il tarixinə kimi X1 iştirakı ilə Təhvil- Təslim Aktına əsasən Cavabdeh nağd qaydada ödəniş edəcək. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tяlяbinя даир iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2025-ci il tarixdə saat 15:24:17-də "xxxx" MMC, Yevlax RPF, Mingəçevir MXŞyə ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar