Məhkəmə qərarları › İş №2(051)-2325/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2325/2024

10.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2325/2024 10.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi , İddiaçı, onun nümayəndəsi (vəkili) Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh2 direktoru X1 iştirakı ilə, İddiaçı Cavabdeh1nə, Mingəçevir Şəhər 4 nömrəli tam orta məktəbə qarşı “əvvəlki vəzifəyə yenidən keçirilmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1nə, Mingəçevir Şəhər 4 nömrəli tam orta məktəbə qarşı “əvvəlki vəzifəyə yenidən keçirilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 kompüter laborantı vəzifəsinə keçirilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx.xx.2014-cü il tarixdən 261 nömrəli əmrlə Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbə analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə məktəbin sabiq direktoru Azər Qazıyev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 55 nömrəli əmrlə onun ərizəsi və heç bir məlumatı olmadan kiçik texniki işçi vəzifəsinə keçirilmişdir. Həmin əmrdə qeyd olunmuşdur ki, guya o, öz ərizəsi ilə həmin vəzifəyə keçirilmişdir. Sabiq direktor A.Qazıyev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 146 nömrəli əmrlə yenidən analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə keçmişdir. Bu əmrdən sonra onun əmək kitabçasına heç bir qeyd aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixli 120 nömrəli əmrə əsasən kiçik texniki xidmətedici işçi olaraq ödənişli məzuniyyəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdə yenidən işə başlamışdır. Lakin iddiaçı işlədiyi müddətdə kompüter otağında əyləşərək kompüterlərə xidmət göstərmişdir. Bütün vəzifə dəyişikliyi əmrlərində onun öz ərizəsi əsasında digər vəzifəyə keçdiyi göstərilsə də o, bununla bağlı ərizə ilə müraciət etməmiş və vəzifəsinin bir neçə dəfə dəyişdirilməsi barədə heç bir məlumatı olmamışdır. Yalnız xx.xx.2024-cü ildən ona rəsmi qaydada məlumat verilməsindən sonra məlum olmuşdur ki, o, faktiki olaraq kompüter laborantı kimi işləsə də Azər Qazıyev tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş əmrə əsasən kiçik texniki xidmətedici işçi vəzifəsinə keçirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi (vəkili) Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh Mingəçevir Şəhər 4 nömrəli tam orta məktəbin direktoru X2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, Mingəçevir Şəhər 4 nömrəli tam orta məktəbin direktor vəzifəsinə yeni təyin olunmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixli 261 saylı əmrə əsasən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbə analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə qəbul olunmuşdur. Əmək fəaliyyətini davam etdirən İddiaçı ərizəsinə əsasən xx.xx.2016-cı il tarixidə 55 saylı əmrə əsasən iddiaçı kiçik texniki işçi vəzifəsinə keçirilmişdir. Sonra xx.xx.2018-ci il tarixdə 146 saylı əmrlə İddiaçı xx.xx.2018-ci il tarixdən müvəqqəti analıq mənzuniyyəti yerinə kompüter laborantı vəzifəsinə keçirilmişdir. Bununla bağlıkeçmiş direktor tərəfindən əmr imzalanmış və möhürlə təsdiq edilmişdir. İddiaçı işlədiyi müddətdə kompüter otağında əyləşərək kompüterlərə xidmət göstərmişdir. Bu əmrdən sonra İddiaçı məxsus olan əmək kitabçasında hər hansı bir əmr yazılmamışdır. Lakin Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli-xx.xx.2023-cü il tarixli 31 saylı əmr kitabında qeyd olunur ki, İddiaçı xx.xx.2023-cü il 120 nömrəli əmrə əsasən məktəbin kiçik texniki xidmətedici işçi kimi ödənişli məzuniyyəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdən işdə hesab edilməsi göstərilmişdir. Bundan başqa kompüter lobarantı məktəb üçün iki nəfər nəzərdə tutulmuşdur. Hər iki nəfər də analıq məzuniyyətindən qayıtmaqla öz vəzifəsini icra edir. Komputer lobarantı ştatında boş yer YOXdur. Ona görə də iddiaçının əvvəlki vəzifəyə yenidən keçirilmə tələbinə dair ərizəsinin təmin olunmamasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: 7650680 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Heydərova X3 şəhəri, Naxçıvan küçəsi ev 46, mənzil 15 ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı məzuniyyəti yerinə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 10 ay müddətə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən Heydərova X3 şəhər 4 saylı tam orta məktəbdə kompüter laborantı vəzifəsinə təyin olunmuşdur. 0597396 nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Heydərova X3 şəhər 4 saylı tam orta məktəbdə kiçik texniki işçi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb tərəfindən tərtib edilmiş Akta əsasən xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbə “kiçik texniki xidmətçi” vəzifəsinə qəbul edilmiş İddiaçı müqavilə öhdəliklərində nəzərdə tutulmuş funksiyasını hal-hazıra kimi yerinə yetirir və aylıq əməkhaqqı ona kiçik texniki xidmətçinin əmək haqqına müvafiq olaraq ödənilir. Rəhbərlik tərəfindən bu halların aradan qaldırılması kiçik texniki işçi vəzifəsini daşıyan İddiaçı diqqətinə dəfələrlə çatdırılması göstərilmişdir. Həmin aktın doğruluğu Z.K.Müseyibov, G.V.Nurəddinova, İ.F.Həsənov, X.H.Həsənova və C.V.Əliyev tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İşin müəyyən edilmiş halları İddiaçı 01.1.2014-cü il tarixdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə 10 ay müddətinə analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə qəbul edilmişdir. O, xx.xx.2016-cı il tarixli 55 nömrəli əmrlə daimi olaraq kiçik texniki işçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2018-ci il tarixli 146 nömrəli əmrlə yenidən analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə keçmişdir. xx.xx.2023cü il tarixli 120 nömrəli əmrə əsasən kiçik texniki xidmətedici işçi olaraq ödənişli məzuniyyəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdə yenidən işə başlamışdır. Məktəb direktoru dəyişmiş, iddiaçıya daimi təyin edildiyi vəzifəsi üzrə işləməsi təklif olunmuşdur. İddiaçı kiçik texniki işçi kimi heç vaxt işləmədiyini və bu əmrdən xəbəri olmadığını bildirir. O, kompüter lobarantı vəzifəsinə keçirilməsini istəyir. Cavabdeh iddiaçının analıq məzuniyyəti yerinə başqa şəxsi əvəz etdiyini bildirir. İddiaçının daimi vəzifəsi kiçik texniki işçidir. Eyni zamanda kompüter lobarantı məktəb üçün iki nəfər nəzərdə tutulmuşdur. Hər iki nəfər də analıq məzuniyyətindən qayıtmaqla öz vəzifəsini icra edir. Komputer lobarantı ştatında boş yer YOXdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47.Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları

1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

2. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 80.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi İddiaçı özünün bildirdiyi kimi məktəbdə kompüter lobarantı vəzifəsini müvəqqəti olaraq icra etmişdir. Əmək kitabçasındakı qeyddən görünür ki, iddiaçının kiçik texniki işçi keçirilməsi barədə əmr 2016-cı ildən verilmişdir. Bu illər ərzində şəxsin müvəqqəti olaraq kompüter lobarantı vəzifəsinə keçirilməsindən xəbəri olduğu halda daimi iş yeri barədə məlumatının olmamaması inandırıcı deyil. Eyni zamanda iddiaçı daimi işə keçirilməsi barədə əmri mübahisələndirməmişdir. Bundan başqa həmin əmr ləğv olunsa belə müxtəlif vaxtlarda analıq məzuniyyəti yerinə işləmiş iddiaçının həmin vəzifəyə bərpa edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Tələbdən göründüyü kimi iddiaçı özünün müvəqqəti olaraq icra etdiyi, digər işçinin isə daimi əsaslarla işlədiyi vəzifəyə bərpa edilməsini xahiş edir. Qanundan göründüyü kimi əmək qabiliyyətini müvəqqəti itirən şəxsin yerinə onun əmək funksiyalarını yerinə yetirmək üçün işəgötürənlə müvəqqəti müqavilə bağlana bilər. İddiaçı işəgötürənlə belə bir müqavilə bağlamışdır. Tərəflərin izahatından göründüyü kimi vəzifələrini daimi əsaslarla icra edən işçilər sosial məzuniyyəti bitirərək işlərinə qayıtmışlar. İddiaçının daimi kompüter vəzifəsində işləyən şəxslərin yerinə işə bərpa edilə bilməsi digər şəxslərə münasibətdə əmək qanunvericiliyinin tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə zidd olmaqla həmin şəxslərin hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Mingəçevir şəhəri 4 nömrəli orta məktəbə kompüter lobarantı vəzifəsinə keçirilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddiası təmin edilə bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

Q Ə T E T D İ:

İddiaçı cavabdeh Mingəçevir şəhəri 4 nömrəli orta məktəbə kompüter lobarantı vəzifəsinə keçirilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar