Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2339/2022 22.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atası X15 1984-cü ildə vəfat etmiş və onun adına Mingəçevir şəhəri, ZDS-nın İK-nin 16 iyul 1959-cu il 15 saylı protokolu ilə ev tikmək üçün 600 kv.m ayrılmış torpaq sahəsində atası fərdi yaşayış evi tikdirmiş və həmin yaşayış evinin özəlləşdirilməsi barədə qeydiyyat şəhadətnaməsi verilmişdir. Atasının ölümündən sonra onun həyat yoldaşı X16, oğulları X17, X10 və qızları X11, Maraqlı şəxs2 və o, vərəsə qalmışlar. X2 04 may 1981-ci ildə, bacısı X11 xx.xx.2004-cü il tarixdə, qardaşı X10 xx.xx.2018-ci il tarixdə, qardaşı X17 xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Atasından miras qalmış əmlakı o, qəbul etmiş və bu günə kimi həmin miras əmlakdan istifadə edir. Ondan başqa mərhum atası Nəcəf İbrahimovun sağ olan vərəsəsi kimi bacısı Maraqlı şəxs2 qalmışdır. Hazırda Maraqlı şəxs2, həmçinin rəhmətə gedən qardaş və bacısının uşaqları da miras əmlakın onun tərəfindən qəbul edilməsinə etiraz etməmişlər. Ona görə də o,miras əmlakın qəbul edilməsi ilə əlaqədar vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etmiş, lakin notariat ofisi tərəfində ona mirasın qəbulu edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs2 məhkəmə iclası zamanı göstərdi ki, mərhum atasından miras qalmış ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin yalnız ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Hazırda miras əmlakın onun mülkiyyətinə keçirilməsinə qarşı heç bir etirazı və tələbi yoxdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs3 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs3 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və Maraqlı şəxs2 izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 762 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-255/15 saylı məktubdan görünür ki, mərhum X6 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixli, 270 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhəri, Pravobernik, ev 3” qeyd olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-255/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1927-ci il tarixdə Samux rayonunda doğulmuş X15 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci il tarixədək aparılmış və xx.xx.1925-ci il tarixdə doğulmuş arvadı-X12, xx.xx.1955-ci il tarixdə doğulmuş oğlu-X10, xx.xx.1952-cı il tarixdə doğulmuş qızı-X11, xx.xx.1958-ci il tarixdə doğulmuş qızı-Ərizəçi, xx.xx.1960-cı il tarixdə doğulmuş oğlu-X17, xx.xx.1965-ci il tarixdə doğulmuş qızı-Maraqlı şəxs2 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 ilə X7 birgə nikahlarından xx.xx.1958-ci il tarixdə Ərizəçi doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.1984-cü il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1981-ci il tarixdə ölmüşdür. İşdə olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X8 adına qeydə alınmışdır. İşdə olan Mingəçevir şəhəri, ZDS İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli 15 saylı protokolundan çıxarışdan görünür ki, X9 şəhərin 155 saylı məhləsində 3 saylı məntəqəsində aşağı dağlıq küçədə fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs3 tərəfindən yazılmış ərizələrdən, həmçinin mərhum X6 birinci növbə vərəsələri olan X4 qızı X19 və X5 oğlu X20 tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, onlar X1 miras qalmış torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X3 Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, həmçinin mərhum X6 birinci növbə vərəsələri olan X4 qızı X13 və X5 oğlu X14 ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər, həmçinin X19 və X20 isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X6 birinci növbəli qanun üzrə vərəsələri olan Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, X19 və X20 X1 qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2339/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2339/2022
22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver