Məhkəmə qərarları › İş №2(051)-2365/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2365/2022

14.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2365/2022 14.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı cavabdeh Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Ofisinə qarşı «mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan mənzilin özgəninkiləşdirilməsi (bağışlama) müqaviləsinin bağlanması öhdəliyinin qoyulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Naxçıvan döngəsi 23 A saylı fərdi yaşayış evinin mənzilin X6, X4, X14, X7, X5 razılığı olmadan onun tərəfindən özgəninkiləşdirilməsi (bağışlama) müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri 3-cü Naxçıvan döngəsi 23 A saylı onun şəriksiz mülkiyyətindədir. Mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 03 oktyabr 2012-ci ildə qeydə alınmışdır. Mənzildə 3-cü şəxslər X6, X4, X14, X7, X15 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Sürəyya Babayeva və Roman Hüseynov onun övladlarıdır. Digərləri isə onun uzaq qohumlarıdır. Şəxsiyyət vəsiqəsi ala bilmək üçün mənzilinə qeydiyyata düşmüşlər. O, mənzilinin özgəninkiləşdirilməsi (bağışlama) ilə bağlı müqavilə bağlamaq istəyir. Ancaq Notariat kontoru bubla bağlı ondan 3-cü şəxslərin razılığını tələb edir. Ona görə də Mingəçevir şəhəri Naxçıvan döngəsi 23 A saylı fərdi yaşayış evinin mənzilin X6, X4, X14, X7, X5 razılığı olmadan onun tərəfindən özgəninkiləşdirilməsi (bağışlama) müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri 3-cü Naxçıvan döngəsi 23A ünvanda yerləşən daşınmaz əmlak İddiaçı tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı Mingəçevir şəhəri 3-cü Naxçıvan küçəsi ev 23A saylı evindnə X14, X9, X16, X10, X11, X2, X17, X8, X3, X15, X18 və X7 müvəqqəti qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respuğlikası Ədliyyə Nazirliyi Mingəçevr Regional «Asan Xidmət» mərkəzində noltariatğ ofisinin 26 oktyabr 20220-ci il tarixli 2128 saylı məktubundan görünür ki, İddiaçı mülkiyyətndə olan Mingəçevir şəhəri, mülkiyyətndə olan Mingəçevir şəhəri,-cü Naxçıvan döngəsi, 23A ünvanda yerləşən fərdi yaşayış evini evdə qeydiyyatda olan şəxslərin razılığı olmadan bağışla müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişdir. Xüsusi norais evlərdə aə mənzillərdə yaşayış yeri üzrə daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını aldıqdan sonra notariat əməliyyatının aparılması tələb olunduğu üçün onun müpraciətindən imtina etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, üçüncü şəxs kimi göstərilmiş X6, X4, X14, X7, X1 mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamırlar. Onların mənzilə qeydiyyatı formal xarakter daşıyır. Maraqlı şəxslərin mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçisinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Bunlar da özünü müəyyən notariat hərəhətlərində məhdudiyyətlərin yaranmasında özünü göstərir. Mülkiyyət hüququ digər hüquqlarla müqayisədə daha üstün hüquq sayılmaqla iddiaçının tələbinin təmin olunmasına əsas verir. Bundan əlavə məhkəmə hesab edir ki, maraqlı şəxslərin razılığı olmadan mənzilin özgəninkiləşdirilməsinin (bağışlama) qadağan olunması iddiaçı olan mənzilin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu hal isə həm beynəlxalq hüquq həm də Azərbaycan Konstitusiyası və qanunları ilə öz əksini tapmış və belə məhdudiyyətlərin yaranmasını bir mənalı şəkildə qadağan etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Mülkiyyətçi öz mülkiyyətində olan əmlakla bağlı azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz əmlakı üzərində müstəqil surətdə sərəncam verməsi və özünə məxsus əmlakı özgəninkiləşdiriməsi qanunvericiliklə qadağan edilmir və heç bir şəkildə məhdudlaşdırılmır. Belə olan halda məhkəmə hesab edir ki, “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatla heç bir şəkildə mülkiyyətçiyə sağlığında öz əmlakına dair sərəncam verməsinə (özgəninkiləşdirməsinə və s.) məhdudiyyət qoyula bilməz. Həmin qaydalar Mülki Məcəllənin tələblərinə zidd ola bilməz. Zidd olduğu halda Mülki Məcəllə qanunvericilik sistemində “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimata nisbətən üstün hüquqi qüvvəyə malik olduğu üçün hal-hazırki münasibət Mülki Məcəlləyə uyğun tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 1 4 8 - c i maddəsinin İ b ə n d i n ə ə s a s ə n Azərbaycan Respublikasının qanunvericilik Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 324.10-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarından görünür ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Mingəçevir şəhəri Naxçıvan döngəsi 23 A saylı fərdi yaşayış evinin mənzilin X6, X4, X14, X7, X5 razılığı olmadan onun tərəfindən özgəninkiləşdirilməsi (bağışlama) müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyi cavabdeh Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri Naxçıvan döngəsi 23 A saylı fərdi yaşayış evinin mənzilin X6, X4, X14, X7, X5 razılığı olmadan onun tərəfindən özgəninkiləşdirilməsi (bağışlıma) müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilsin. İddiaçı və digər vərəsələrin miras açılanadək iki il müddətinə Mingəçevir şəhəri Naxçıvan döngəsi 23 A saylı mənzilinə məcburi payı olması izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar