Məhkəmə qərarları › İş №2(051)-2365/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2365/2025

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2365/2025 13.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, mərhum qayınatası 1905-ci ildə anadan olmuş, 1976-cı ildə Yevlax rayonunda vəfat etmiş X7 doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qayınX3nun 01 may 1905-ci ildə Yevlax rayonu Salahlı kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, ata qrafasında X17, ana qrafasında X18 yazılmaqla doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1954-cü ildə Qazax rayonu Salahlı kəndində anadan olmuşdur. Hazırda Mingəçevir şəhəri, X27 küçəsi ev 8, mənzil 15 ünvanında ailə üzvləri ilə birgə yaşayır. 1905-ci il təvəllüdlü X13 onun qayınatası olub. X13 1976-ci ildə vəfat etmişdir. Mərhum qayınX3nu Yevlax rayonu, Salahlı kəndində yerləşən kənd qəbiristanlığıda dəfn etmişlər. 1976-cı ildə vəfat etmiş qayınatasının xəstəliyi ilə əlaqədar dünyasını dəyişməsi və həmin vaxtı yaxınlarının dəfn mərasiminə başlarının qarışması səbəbindən bu barədə qeydiyyat şöbəsinə vaxtında müraciət edə bilməmişlər. Mingəçevir şəhəri, X27 küçəsi ev 8, mənzil 15 ünvanında yerləşən mənzil mərhum həyat yoldaşı X5 adına olub. Onun ölümündən sonra həmin mənzilin vərəsəlik işlərinin aparılması zamanı dövlət orqanlarından, konkret olaraq Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisindən bildirmişlər ki, mərhum qayınatanın və qayınananın doğum və ölüm haqqında şəhadətnaməsi tələb olunur. Mərhum qayınanasının doğum və ölüm faktı ilə bağlı müvafiq sənədləri var imiş, təqdim etmişlər, lakin, qayınatasının həmin sənədinin olmaması ilə bağlı müəyyən problemlər yaranır, eyni zamanda, mənzil, yaşayış sahəsi ilə bağlı müəyyən sənədləşmə işlərində də mərhum qayınatasının doğum və ölüm faktı ilə bağlı müvafiq sənədləri tələb olunur. Bununla bağlı, Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Doğumun qeyd edilmə faktını başqa qaydada müəyyən etmək mümkün deyil. Bu faktı qohumları və ailə üzvləri təsdiq edə bilərlər. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi, nümayəndəsi və vəkili Vəkil dediklərini təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. X6 məhkəmə iclası zamanı bildirmişdir ki, mərhum X13 onun atasıdır. X3 01 may 1905-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuşdur. Belə ki, hər il atasının ad gününü may ayının 1-i qeyd edirmişlər. Ata tərəfdən babasının adı İsmayıl, nənəsinin adı isə Çiçək olmuşdur. Atası 1976-cı ildə Yevlax rayonunda vəfat etmişdir. X2 məhkəmə iclası zamanı bildirmişdir ki, mərhum X13 onun atasıdır. X3 01 may 1905-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuşdur. Belə ki, hər il atasının adgününü may ayının 1-i qeyd edirmişlər. Ata tərəfdən babasının adı İsmayıl, nənəsinin adı isə Çiçək olmuşdur. Atası 1976-cı ildə Yevlax rayonunda vəfat etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.1950-ci il tarixdə doğulmuş, X3, anası X14r. İşdə olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2024cü il tarixdə ölmüşdür. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 arasında xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 13 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Arvada İsmayılova soyadı verilmişdir. İşdə olan Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 ölüm tarixinin dəqiqləşdirilməsi ilə bağlı axtarış məlumatlarını qeyd etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinə (Ünvan: AZ 1007, Bakı şəhəri, Azadlıq prospekti, 72) və Maraqlı şəxsnə (Ünvan: Yevlax şəhəri, H.Əliyev pr.42) müraciət etmək məsləhət görülmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 doğum haqqında akt qeydi şöbənin arxivində, eləcə Vətəndaşlıq vəziyyəti aktlarının “X1 Sistemi”ndə aşkar edilməmişdir. İşdə olan mərhumun məzarının başdaşı əks olunmuş fotoşəklindən görünür ki, həmin başdaşında X7 1905-ci ildə anadan olması yazılmışdır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahidlərin ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla və şahid ifadələri ilə müəyyən olunur ki, ərizəçinin qayınX3 xx.xx.1905-ci ildə Yevlax rayonu Salahlı kəndində doğulmuşdur. Ərizəçinin qayınatası olan X10 doğulan zaman ona doğum haqqında şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə səbəb qayınanatasının doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, qayınatasının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə mərhum əri X4 miras qalmış əmlakın vərəsəlik işləri ilə bağlı lazımdır. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi qayınX3nun, atası X17, anası X18 olmaqla 01 may 1905-ci ildə Yevlax rayonu Salahlı kəndində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi qayınX3nun, atası X17, anası X18 olmaqla 01 may 1905-ci ildə Yevlax rayonu Salahlı kəndində doğulması faktı müəyyən edilsin. X7 doğum faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin doğumunun qeyd edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar